Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi Tanıyaq" tur-aksiyası çərçivəsində Xəzər rayon məktəbliləri Gəncə şəhərinə yola salındılar

12 noyabr 2016 | 16:00

12.11.2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında Respublikamızın ayrı-ayrı bölgələrini, onların spesifik xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Xəzər rayonunun məktəbliləri də bu layihəyə qoşulublar.
     Şagirdlər "Ölkəmizi tanıyaq" devizi altında Gəncə şəhəri, Şəmkir və Göygöl rayonlarına ekuskursiyaya yola salınıblar. «Ölkəmizi tanıyaq»  VI tur aksiyası   üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər şagird  seçilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən qrupa rəhbər  təyin olunmuş, şagirdləri müşayət edəcək  müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur
      Məktəblilər ilk öncə Ümummilli Lider Heydər Əliyevin rayon İcra Hakimiyyətinin qarşısında ucaldılan abidəsinin qarşısına gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirdilər.
       Yola salınma mərasimində RİH Başçısının I müavini Vaqif Həsənov iştirak edərək  şagirdlərə tövsiyyələr vermiş və onlara uğurlu yol, maraqlı səyahət keçirmələrini arzulamışdır. Mərasimdə  çıxış edən valideyinlər və məktəblilər məktəblilərə - uşaqlara göstərilən xüxusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.
         Sonra məktəblilər xatirə şəkilləri çəkdirmiş və onlar üçün ayrılmış xüsusi avtobuslarla Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınmışlar.

Keçidlər