Xəzər rayonunda “9 noyabr-Dövlət Bayrağı günü” münasibəti ilə bayram tədbiri keçirilmişdi.
08 noyabr 2016-ci-il tarixində Nizami Mədəniyyət Mərkəzində Dövlət Bayraq Günü münasibətilə Xəzər rayon İcra Hakimiyyəti və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə tədbir keçirilib. Tədbirdə Xəzər rayon ictimaiyyəti nümayəndələri, Xəzər RİH Başçısının müavini A.Balayev və YAP Xəzər rayon Təşkilatının Aparat rəhbəri İ.Məmmədov iştirak etmişdilər
Tətbirdə çıxış edən Xəzər rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının, milli suverenliyimizin simvolu kimi qəbul olundugu vurğuladı. Həmçinin qeyd edib ki, dövlət başçısının sərəncamına uyğun olaraq hər il respublikamızın hər yerində və ölkə hüdudlarından kənarda həmyerlilərimiz tərəfindən “Dövlət Bayrağı günü” qeyd edilir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dövlət atributlarına hörmət və ehtiramın ən yüksək səviyyədə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Çıxış edən digər natiqlərdə bayram münasibətilə iştirakçıları təbrik etdilər.
Sonda tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladığı konsert proqramı ilə davam edib.