Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon məktəblərində “Gigiyena Tədrisi” layihəsi həyata keçirilmişdir.

08 noyabr 2016 | 16:00

     1 - 6 noyabr 2016-cı il tarixlərində Xəzər rayon İcra Hakimiyyəti və “Azərsun Holding”-in birgə təşkilatçılığı ilə rayon məktəblərində “Gigiyena Tədrisi” layihəsi həyata keçirilmişdir.
     Layihə  ümumillikdə bütün qəsəbələri əhatə etmişdir. Reallaşdırılan layihənin məqsədi uşaqlara kiçik yaşlardan təməl şəxsi gigiyena vərdişlərini aşılamaq, valideyinləri mövcud təhlükələr haqda bir daha məlumatlandırmaq və sağlamlığa önəm verən nəsil yetişdirməkdir.
   Hər kəs gündəlik həyatda  mikrob, virus və infeksiyalarla təmasda olmaq təhlükəsi yaşayır. Təhlükə mənbəyi ictimayi nəqliyyat və digər kütləvi məkanlar, ev və çöl heyvanları, hətta öz yaşadığımız evlər ola bilər. Buna səbəb MVİ-rin yayılma yolları və müxtəlif hava şəraitlərinə dözümlü olmasıdır. Uşaqların aktiv həyat tərzi sürdüyündən onların mikroblarla təmasda olmaq ehtimalı isə daha yüksəkdir. Yeniyetmələrə  vaxtlı vaxtında və düzgün şəkildə gigiyenik kağız məhsullarından istifadəni aşılamaq bu baxımdan çox vacibdir, şəxsi gigiyena qaydalarına düzgün şəkildə əməl etməyin təbliği ilə, böyüməkdə olan nəsilin sağlam böyüməsinə mühüm töhfə veriləcək.
    Qeyd edək ki reallaşdırılan “Gigiyena Tədrisi” layihəsi minlərlə məktəblini əhatə etmişdi , yeniyetmələrin və  valideynlərin maariflənməsinə mühüm töhfə vermişdi.
    Sonda məktəblilərə mövzuya aid bukletlər, broşurlar və digər hədiyyələr verilmişdir.

  

Keçidlər