Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "Narkomaniyaya yox deyək" adlı maarifləndirmə tədbiri keçirilmişdir

28 oktyabr 2016 | 16:00

     28 oktyabr 2016-cı il tarixdə 124 nömrəli tam orta məktəbdə "Narkomaniyaya yox deyək" adlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə iştirak edən Xəzər rayon Polis İdarəsinin rəisi Azər Muradov, Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Nəsirov, Xəzər rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rəşad Rəhimov, Xəzər rayon mərkəzi xəstəxananın Baş narkoloqu Zakir Cabbarov,Polis Akademiyasının müəllimləri Osman Vəliyev, Elmir Şirinov mövzu ətrafında çıxış etmiş, daha sonra gəncləri maraqlqandıran sualları cavablandırmışlar. Tədbirin sonunda rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Narkomaniyaya yox deyək" mövzuusnda keçirilən rəsm müsabiqəsində yer tutan məktəblilərin mükafatlandırılması keçirilmişdir.

 

Keçidlər