Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun məktəblərində “Bilik Günü” təntənəli surətdə qeyd edilib.

15 sentyabr 2016 | 16:00

     15 sentyabr 2016-cı il tarixində Xəzər rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi.
Xəzər rayon İcra hakimiyyəti Başçısının müavinlər və şöbə müdirləri həmin məktəblərdə olaraq byram tədbirlərində iştirak etmiş, yeni dərs ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik etmişdilər.
   Rayonun Mərdəkan qəsəbəsindəki 181 saylı tam orta məktəbdə keçirilən bayram tədbirində Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH Başçısının birinci müavini Vaqif Həsənov, RİH Başçısı Aparatının şöbə müdiri Gülbala Qurbanov iştirak etmişdilər.
   Tədbirdə çıxış edən RİH Başçısının birinci müavini Vaqif Həsənov ilk növbədə Xəzər rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamovun təbriklərini tədbir iştirakçılarına çatdırdı. V.Həsənov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyasının bu gün uğurla davam etdirildiyini, gənc nəslin lazımi səviyyədə təhsil alması, savadlı vətəndaşlar kimi formalaşması dövlətimizin xüsusi diqqətlə yanaşdığı məsələlərdən olduğunu vurğuladı. Həmçinin bildirdi ki, Azərbaycan təhsili bu gün böyük inkişaf dövrünü yaşayır. Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün Prezident İlham Əliyev cənabları ümummilli liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirir. Respublikamızın hər yerində olduğu kimi Xəzər rayonunda yeni məktəblər inşa edilmiş, bir çox məktəblərdə əlavə korpuslar tikilmiş, əsaslı təmir işləri həyata keçirilmişdir. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Bütün bu uğurlar təhsilin dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlanmasının bariz nümunəsidir.    Təhsilin inkişafında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.
      Tədbirdə çıxış edən Millət Vəkili Rauf Əliyev Bilik bayramı münasibətilə bütün təhsil işçilərini və şagirdləri təbrik etdi. Ölkəmizdə təhsil islahatlarının əsasının Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran R.Əliyev bildirdi ki, o ölkə inkişaf edir ki, orada elmə, təhsilə mühüm önəm verilir. Biz hamılıqla çalışmalıyıq ki, qloballaşan dünyada təhsilimizi inkişaf etmiş ölkələrin təhsil səviyyəsinə qaldıraq. Ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikilməsi də məhz buna xidmət edir. Buna cavab olaraq pedaqoji kollektivlər tədrisin keyfiyyətini yaxşılaşdırmalı, savadlı kadrlar yetişdirməli, gəncləri milli ruhda tərbiyə etməli, onları Ulu Öndər Heydər Əliyevin ideyalarına, Azərbaycançılıq məhkurəsinə sadiq gənclər kimi yetişdirməlidir.
     Daha sonar tədbirdə çıxış edən digər natiqlər yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara yeni dərs ilində uğurlar arzulamışdılar.

Keçidlər