Xəzər rayonunun 2016-cı ilin I yarımilliyində sosial-iqtisadi inkişafının yekunlarına dair dair hesabat iclası keçirilmişdir .
2016-cı il iyul ayının 21-də Xəzər rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarımilində sosial-iqtisadi inkişafın yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin üzvü Rauf Əliyev, YAP Xəzr rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, idarə, müəssisələrin və hüquq –mühafizə orqanlarının rəhbərləri iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov çıxış edərək 10 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarımilində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında dövlət başçısının ölkədə iqtisadi islahatların sürətlə aparıldığını, ixrac potensialının artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması kimi istiqamətlər üzrə ciddi qərarların qəbul edildiyini, həmçinin biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi, bank sektorunun möhkəmlənməsi və sağlamlaşdırılması prosesində mühüm addımlar atıldığını, sahibkarlara yardımların davam etdirildiyini söylədiyini diqqətə çatdırdı.
Sonra Xəzər rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış üçün sözü Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədovaya verdi.
L.Əhmədova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı sürətlə davam etdirilir. Həmişə olduğu kimi ötən dövrdə də yenidənqurma işləri Xəzər rayonunda uğurla davam etdirilmişdir.
2016-cı ilin I yarımilində Xəzər rayonunun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunmuşdur.
Hesabat dövründə rayon üzrə sənaye məhsulu istehsalı 73 milyon 125,9 min manat təşkil etmişdir. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 98,8 % olmuşdur.
Nəqliyyat sektorunda 421 milyon 530,6 min manatlın xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % çox olmuşdur.
Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 2 milyon 788,2 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 % çox rabitə xidməti göstərilmişdir.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 25 milyon 901,4 min manat məbləğində investisiya cəlb edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 8,8 % olmuşdur. İstifadə edilmiş investisiyaların 23 milyon 412,9 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 76,6 % təşkil etmişdir.
İstehlak və xidmət bazarlarında əhaliyə 241 milyon 005,7 min manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 210 milyon 082,3 min manata, pullu xidmətlərin həcmi 60 milyon 632,5 min manata çatmışdır.
Ticarət şəbəkəsindən satılmış məhsulların 87,7 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 12,3 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 578,4 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək haqqı 455,0 manat, tikinti kompleksində çalışanların orta aylıq əmək haqqı 346,4 manat təşkil etmişdir.
Hesabat dövründə rayon üzrə 1762 yeni iş yeri açılmışdır. Bunlardan 72-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 826 mövcud müəssisə və təşkilatlarda, 864 isə fiziki şəxslər tərəfindən açılmışdır. Ümumiyyətlə 2013-cü ildən bu vaxta kimi rayon ərazisində 20 min 781 yeni iş yeri açılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsində 2016-ci ilin 6 ayı ərzində 925 nəfər fərdi sahibkarlıq fəaliyəti ilə məşğul olan sığortaedən qeydiyyatdan keçmişdir.
Hal-hazırda Pensiya təyinatı sektoru üzrə 01.07.2016-ci il tarixə olan vəziyyətə görə 16777 əmək təqaüdçüyə təqaüd ödənilir. 6 ay ərzində şöbə tərəfindən əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 19651.7 min manat təşkil etmişdir. Həmin maliyyələşmə 30.06.2016-ci il tarixində başa çatdırılmışdır. 16777 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi təmin edilmişdir.
2016-ci ilin 6 ayının yekununa olan məlumata əsasən Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə 6105 nəfərin müavinət işi qeydiyyatdadır. Hesabat dövru ərzində təqdim olunan ərizələrə əsasən 1342 nəfər müavinət alan vətəndaşların ərizələrinə yenidən komissiyada baxılaraq, onlara qanuna müvafiq olaraq aylıq müavinətlər təyin edilib, ödəniş müəssisələrinə göndərilmişdir.
Hal-hazırda Mərkəz üzrə 3867 nəfər 592902 manat məbləğində ÜDSY alır.
Bir ailəyə düşən ÜDSY-nın orta aylıq məbləği 153 manat təşkil edir.
Xəzər rayon ƏSMM-nin əlil və tənhalara sosial məişət xidməti sektorunda 90 nəfər tənha əlil, ahıl vətəndaşa sosial xidmət göstərilir.
2016-cı il 29 mart tarixində Sahibkarlığa Kömək Milli Fondu ilə birlikdə Zirə qəsəbəsində işgüzar forum keçirilmişdir. Forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 sahibkarlıq subyektinə 100 min manat güzəştli kredit verilmişdir.
Ümumilikdə isə 2016-cı ilin 6 ayı ərzində Fond tərəfindən 18 sahibkarlıq subyektinə 5 milyon 125 min manat güzəştli kredit verilmişdir. Verilən kreditlər hesabına rayonun Türkan qəsəbəsində 7,5 hektar ərazidə ildə 2,3 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan müasir istixana kompleksi tikilmişdir.
Həmçinin Zirə qəsəbəsində 6,2 hektar ərazidə ildə 2,5 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan istixana kompleksinin tikintisinə başlanılmışdır.
Hesabat dövrü ərzində Xəzər rayon Məşğulluq Mərkəzi öz fəaliyyətini vətəndaşlara münasib iş yerlərinin axtarılmasında köməklik göstərilməsi, peşəyönümünün təşkili, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, ixtisaslarının artırılması, əmək yarmarkalarının təşkili, işsizlik statusunun verilməsi, işsizlik müavinətlərinin təyin olunması, ödənilməsi istiqamətində qurmuşdur.
2016-cı ilin 6 ayı ərzində Mərkəzdə 4450 nəfər işaxtaran vətəndaş qeydiyyata alınmışdır. Onlardan 1538 nəfəri 29 yaşadək gənc, 20 nəfəri struktur dəyişiklikliyi ilə əlaqədar işini itirənlər, 1154 nəfəri kadr axıcılığı nəticəsində işdən azad olunanlar, 7 nəfəri hərbi xidmətdən tərxis olunanlar, 132 nəfəri qaçqın və məcburi köçkünlərdir. Hesabat dövrü ərzində Mərkəzdə qeydiyyatda olan qeyri-məşğul əhalinin 627 nəfəri münasib işlə təmin edilmişdir. Mərkəz tərəfindən 6 ay ərzində 349 nəfər işsiz vətəndaşa işsizlik statusu verilmiş, 363 nəfərə isə işsizlik müavinəti təyin edilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Xəzər rayonuna 300 ştat vahidi işçi yeri ayrılmış və rayon ərazisində yaşayan, işsiz, aztəminatlı ailələrin üzvlərindən ibarət 300 nəfər işə qəbul edilmişdir. Artıq bir neçə aydır ki, bütün qəsəbələri əhatə edən həmin işçi qrupları ərazidə, park və meydanlarda, yolların kənarlarında, məhəllədaxili küçələrdə təmizlik işləri görür və vaxtı-vaxtında əmək haqqlarını alırlar.
Hesabat dövründə rayon ərazisində tikinti və quruculuq işləri səngiməmiş, daha da geniş vüsət almış, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir işləri aparılmış və yenidən qurulmuş, su və kanalizasiya sistemləri yeniləşdirilmiş, yeni xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
Hal-hazırda Xəzər rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Şüvəlan qəsəbəsinin H.Əliyev, Mərdəkan qəsəbəsinin Yesenin, Binə qəsəbəsinin Ə.İsazadə küçələrinin yenidən qurulması, o cümlədən divarlara ağlay daşının vurulması, səkilərin müasir üslubda yenidənqurulması, yolboyu milli və tarixi elementlər nəzərə alınmaqla köhnə tikililərin bərpası istiqamətində işlər davam etdirilir.
Belə ki, Mərdəkan qəsəbəsində, Dendrologiya İnstitutunun 311 m2 köhnə hasarı sökülərək yerində yeni hasar tikilmişdir. Qəsəbənin mərkəzi küçələrində 370 m2 aqlay üzlük, 530 paqon metr naxışlı daş vurulmuşdur. Həmçinin qəsəbənin girişində yeni salınan istirahət parkında 50 m2 beton, 30m2 hörgü işi görülmüş və 200m3 torpaq daşınmışdır. Parkın ətrafındakı divarlara 270m2 üzlük daşı, 1350p/m bəzək daşı vurulmuşdur. Parkın ərazisinə 1700m2 tamet 900 p/m bardyur düzülmüş, 520 p/m səki salınmışdır. Hal-hazırda da həmin parkda işlər davam etdirilir.
-Mərdəkandan Şüvəlana gedən yolun səkiləri, yolkənarı hasarların yenidən bərpası, abadlaşdırılması, işıqlandırılması işləri görülmüşdür. Mərdəkan və Şüvəlan qəsəbələrin mərkəzi küçələrində və digər yerlərdə yerləşən 180 ədəd küçə işıqları təmir edilərək yararlı vəziyyətə gətirilmişdir.
Şüvəlan qəsəbəsində abadlıq işləri ilə əlaqədar H.Əliyev küçəsində 395 paqon metr bardür düzülmüş, səkilərə 494m2 dekorativ daş döşənmiş, 184m2 hörgü işi görülmüş, 510m2 asfalt salınmışdır.
Binə qəsəbəsi Hövsan südçülük sovxozuna gedən mərkəzi yolun yenidən qurulması ilə əlaqədar yolun inşası altına və mühafizə zolağına düşən yaşayış və qeyri-yaşayış maneələrin sökülməsi ilə bağlı bir çox işlər görülmüşdür.
Belə ki, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində mərkəzi yolun yenidən qurulması ilə əlaqədar 63 ədəd müxtəlif təyinatlı tikinti obyekti (2838 kv.m) sökülmüşdür. Mərkəzi küçənin genişləndirilməsi ilə əlaqədar 1200 metr uzunluğunda vətəndaşlara aid hasar geri çəkilmiş və 1 hektar ərazidə vətəndaşlar tərəfindən pərakəndə şəkildə primitiv formada tikilmiş və zəbt olunmuş sahələrdə tikililər sökülərək ərazi tikinti materiallarından təmizlənmişdir.
Qəsəbənin ümumi görkəminə xələl gətirən obyektlər 2300 kv.m ölçüdə ağ lay daşları ilə üzlənmişdir.
Qeyd olunanlarla yanaşı Ə.İsazadə küçəsi, 3 saylı ünvandakı 5 mərtəbəli 4 girişli yaşayış binasının fasad hissəsi 1900kv.m. ölçüdə yenidən təmir olunmuşdur.
Rəhmanov küçəsində 1500kv.m sahədə abadlıq işləri aparılaraq oraya yeni asfalt salınmışdır.
Binə mədəniyyət mərkəzinin qarşısında 1000kv.m. sahədə təmir işləri aparılmış və əraziyə yeni asfalt salınmışdır.
Ə.İsazadə küçəsində DOS1, DOS2 və DOS 3 saylı binaların həyətindəki qeyri-qanuni tikililər sökülmüş və həmin binaların fasad hissələri 2000kv.m ölçüdə ağardılmışdır.
Binə qəsəbəsində vətəndaşlara aid hasarlar 2640kv.m. ölçüdə suvaqlanmlış və rənglənmişdir.
Bu günün prioritet məsələlərdən biri də yaşıllıqların salınmasıdır. Bildiyiniz kimi 2015-ci il ərzində rayon ərazisində 58519 ədəd müxtəlif növ ağac əkilmişdir. Nəzərinizə çatdırırıq ki, 2016-cı il ərzində rayon ərazisində 72000 ağac əkilməsi İcra Hakimiyyəti tərəfindən proqnoz verilmişdir. Artıq bir neçə aydır ki, bu işlərə başlanılmış və 2016-cı ilin 6 ayı ərzində Mərdəkan qəsəbəsində 3950, Şüvəlan qəsəbəsində 1604, Binə qəsəbəsində 550 , Türkan qəsəbəsində 4200, Buzovna qəsəbəsində 1670, Qala qəsəbəsində 2380, Şağan qəsəbəsində 2388, Zirə qəsəbəsində isə 23900 ədəd ağac əkilmişdir. Ümumilikdə İcra Hakimiyyəti, qəsəbələr və bələdiyyələr tərəfindən rayon ərazisində 41342 ədəd müxtəlif növ ağac əkilmiş, onların suvarılması təmin edilmişdir. Hazırda da ərazilərdə yaşılıqlara aqrotexniki qulluq işləri davam etdirilir.
Hesabat dövründə rayon ərazisində asfalt yolların çəkilişi, əsaslı və cari təmiri istiqamətində bəzi işlər görülmüşdür. «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»-na uyğun olaraq Binə qəsəbəsinin mərkəzi Ə.İsazadə küçəsindəki yenidənqurma işləri çərçivəsində 14900 m2, Qala-Pirallahı avtomobil yolunun 7 km-i əhatə edən hissəsində isə 65000 m2, Mərdəkan qəsəbəsinin 28 may küçəsində 15000 m2, S.Yesenin küçəsində 9800 m2 asfalt örtüyü çəkilmişdir. Bununla yanaşı Xəzər Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Şağan qəsəbəsində 12250 m2, Mərdəkan qəsəbəsində 5500 m2, Zirə qəsəbəsində 17960 m2, Binə qəsəbəsində 2500 m2 asfalt örtüyü salınmış, Türkan qəsəbəsində isə 5 km yol cari təmir olunmuşdur.
Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2016-cı ilin 6 ayı ərzində məişət tullantıları meydançalarından 55954 m3 məişət və digər bərk tullantılar yığılaraq daşınmışdır.
Birliyin su maşınları ilə хidməti ərazilər, məcburi köçkünlər, idarə və təşkilatlar 15615 ton içməli su ilə təmin edilmişdir.
2016-cı ilin 6 ayı ərzində müəssisə və təşkilatlardan, o cümlədən Birliyin xidmət ərazilərindən 4016 ton çirkab maye yığılaraq daşınmışdır.
Binə qəsəbəsi, 131 saylı MKİS-in xidmət ərazisində yerləşən 5 mərtəbəli binalarının 543 mənzilində yaşayan 1646 nəfər sakin Xəzər Su kanal İdarəsi tərəfindən içməli su ilə fasiləsiz olaraq təmin edilmişdir.
Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 1a saylı binanın qarşısında sakinlərin istirahəti üçün yaradılacaq parkla əlaqədar olaraq, orada qeyri-qanuni bağ-bağçalar, kiçik torpaq sahələri, inşa edilmiş qaraj və kiçik ölçülü tikililər Rayon İcra Hakimiyyətinin gösətirişinə əsasən sökülmüşdür.
Binə qəsəbəsi, Zabit heyyəti küçəsində yerləşən 1, 2 və 3 saylı evlərin fasadında təmir və rənglənmə işləri aparılmış, eyni zamanda Ə. İsazadə küçəsi, 3 saylı binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
İ. Əhmədov küçəsi, 2 saylı binanın qarşısındakı həyətyanı sahədə abadlıq işləri aparılır və sakinlərin istirahəti üçün abad məhəllə yaradılmaqdadır.
Buzovna qəsəbəsi, 136 saylı MKİS-in xidmət ərazisində yerləşən V. Seryogin küçəsi, bina 8a, 10a, 12, R. İmanov küçəsi, 36, 38a saylı binaların ətrafında abadlıq işləri görülmüşdür.
R. Imanov küçəsi, 28 saylı, 5 mərtəbəli binanın girişlərinin 780 m2 pilləkən qəfəslərinin sahəsi, divar və tavanları rəngli boya ilə rənglənmişdir.
R.İmanov küçəsi, 38a saylı binanın qarşısında yeni abad məhəllə yaradılmış, oturacaqlar quraşdırılmış, kölgəliyin damı əsaslı təmir olunmuş, daxilində yeni stol quraşdırılmış və həmin ərazidə yaşıllıq sahəsi salınmış, ətrafına səki daşları düzülmüşdür. Eyni zamanda R.İmanov küçəsi, keçid 2151 ünvanında yerləşən 1 saylı yataqxananın ərazisində dekorativ kollar, gül-çiçəklər əkilmiş və onlara mütəmadi qulluq göstərilir.
Buzovna qəsəbəsi, Albalılıq dayanacağı, keçid 1349 ünvanında yerləşən 140 saylı MKİS-in xidmət ərazisindəki 5 mərtəbəli 4 yataqxana binasının girişlərindəki mərtəbələrarası divarların 850 kv.metr sahəsi boya ilə rənglənmişdir.
Yataqxana binalarının dam örtüyü 540 kv.metr şüşəli ruberoidlə cari təmir olunmuş, binanın zirzəmisində su təsərrüfatına aid 70 metr su borusu yenisi ilə əvəz edilmişdir.
Yataqxana binalarının həyətində sakinlərin istirahəti üçün yeni abad məhəllə yaradılmışdır. Bu abad məhəllədə dekorativ kollar və güllər əkilmişdir. Oturacaqlar quraşdırılmış, rənglənmiş və səki daşları düzülmüşdür.
Şüvəlan qəsəbəsi, 130 saylı MKİS-in xidmət ərazisində yerləşən zibil meydançaları əhəng məhlulu ilə ağardılmış, konteynerlər təmir edilərək rənglənmişdir.
Hesabat dövrü ərzində 130 saylı MKİS-in həyətyanı sahələrində yerləşən yaşayış binalarının ətrafında iməcliklər keçirilmiş və yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Şüvəlan qəsəbəsi, "Şimal DRES" yaşayış sahəsi, Bağlar küçəsində yerləşən 4a saylı 5 mərtəbəli binanın girişlərinin 1280 kv.metr pilləkən qəfəslərinin mərtəbələrarası sahəsi, divar və tavanları boya ilə rənglənmişdir.
Mərdəkan qəsəbəsi, B. Əliyev küçəsi, 71 saylı yaşayış binasının 19, 20 saylı mənzillərinin dam örtüyü 180 kv.metr şüşəli ruberoidlə cari təmir olunmuşdur.
Qala qəsəbəsi, Dəmir yol dayanacağı küçəsində yerləşən birmərtəbəli 2 saylı yaşayış evinin qrunt sularına məruz qalması səbəbindən həmin sahəyə yığılmış yağış və qeyri-qrunt suların qurudulması üçün 2 nasos vasitəsilə həmin ərazi qurudulmuşdur.
Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi, 15, 30 saylı yaşayış evlərində, 41 mənzil və ümumilikdə 143 sakin üçün Xəzər Su Kanal İdarəsi tərəfindən içməli su çəkilmiş, o cümlədən 15, 58, 62 və H. Məmmədov küçəsi, 52 saylı evlərin daxili kanalizasiya xətləri mərkəzi kanalizasiyaya qoşulmuşdur.
A. İldırım küçəsi, 15 və 62 saylı binaların dam örtüyündə cari təmir işləri aparılmışdır.
Şüvəlan qəsəbəsi, "Şimal DRES" yaşayış sahəsi, 19 saylı binanın qarşısında 500 kv.metr sahədə sakinlərin istirahəti üçün yeni abad məhəllə yaradılmışdır. Həmin bu abad məhəllənin qarşısındakı sahələrdən alaq otları vurulmuş, uşaqların əylənməsi üçün orada quraşdırılmış avadanlıqlar təmir olunmuş, rənglənmiş, kölgəliyin şifer dam örtüyü təmir olunmuş, oturacaqları yeni taxta materialı ilə dəyişdirilmiş, əlavə 2 oturacaq quraşdırılmışdır. Eyni zamanda həmin ərazidəki hasarlar rənglənmişdir. Yeni abad məhəllədə yaradılmış yaşıllıq sahəsinə isə mütəmadi olaraq qulluq göstərilir.
Əlavə olaraq MKTB tərəfindən Xəzər rayonu ərazisində Şüvəlan qəsəbəsi, A.İldırım, M.Müşfiq və Mərdəkan qəsəbəsi, S.Yesenin küçələrində hasarların üzlük daşları və işıq dirklərinin aşağı hissəsi yuyularaq təmizlənmiş, mövsümlə əlaqədar Mərdəkan-Buzovna yolunun sağ tərəfi 9 km məsafədə alaq otlarından tam təmizlənmişdir. Eyni zamanda Mayak yolu, Buzovna-Maştağa yolu, Zuğulba Dövlət İqamətgahından Bilgəh qəsəbəsi sərhədinə qədər alaq otları vurularaq daşınmışdır.
Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Türkan qəsəbəsinin ərazisində ağacəkmə tədbiri ilə əlaqədar Birliyin işçi qrupu 1500-dən artıq müxtəlif növ ağacların əkilməsində və suvarılmasında iştirak etmidir.
Eyni zamanda əhalinin maddi rifahının yaxşılaşdırlması məqsədilə MKTB-nə əlavə 300 nəfər işçi qəbul edilmişdir. Bu işçilər qəsəbələr üzrə bölüşdürlmüş və onların normal fəaliyyəti üçün MKTB tərəfindən 189,0 min manat məbləğində müxtəlif ləvazimatlar, avadanlıqlar və xüsusi geyimlər alınmış və işçilərə paylanılmışdır.
Xəzər rayon Sukanal İdarəsi tərəfindən 2016-cı ilin 6 ayı ərzində 4233 p/m müxtəlif diametrli yeni su xətti çəkilmiş, 385,7 p/m köhnəlmiş su boruları dəyişdirilmiş, o cümlədən binaların zirzəmilərində təmirə ehtiyacı olan 25 p/m boru yenilənmişdir. Hesabat dövründə 1166 ədəd su qəzası aradan qaldırılmışdır ki, onlardan da 103 ədədi binaların zirzəmilərində baş vermiş qəzalardır. Rayon ərazisində 552 ədədi Smart tipli , 345 ədədi isə mexaniki sayğac olmaqla cəmi 897 ədəd sayğac quraşdırılmışdır. 72 ədədi Smart tipli, 113 ədədi isə mexaniki sayğac olmaqla 185 ədəd sayğac təmir olunmuşdur. 5 ədəd siyirtmə dəyişdirilmiş, 11 ədəd siyirtmə isə təmir olunaraq bərpa edilmişdir. Bundan başqa 11 ədəd “Dalma tipli” nasos dəyişdirilmiş, 15 ədədi “Dalma tipli” nasos olmaqla ümumilkdə 71 ədəd su nasosu təmir edilərək saz vəziyyətə gətirilmişdir.
Rayon ərazisində kanalizasiya xidmətlərinin yaxşılaşdırılması yönümündə də bir sıra işlər görülmüşdür. Kanalizasiya sahəsi üzrə 1850 ədəd qəza və tutulma halları aradan qaldırılmış və binaların zirzəmilərində olan köhnəlmiş təmirə ehtiyacı olan 108 p/m kanlizasiya borusu təmir olunaraq yenilənmişdir. 1708 p/m kanalizasiya xətləri maşınla, 18228 p/m isə mexaniki üsulla yuyulmuşdur. 15 ədəd kanalizasiya baxış quyusu təmir edilmiş, 2 ədəd baxış quyusu yenisi ilə əvəz olunmuşdur. 35 ədəd yağış barmaqlıqları mütəmadi olaraq təmizlənərək tam istismara yararlı hala gətirilmişdir. Bundan əlavə , rayon ərazisində mövcud olan 84 ədəd içməli su bulağı da daimi su ilə təmin edilir və daim nəzarətdə saxlanılıraq mütəmadi təmir olunur.
Dövlət proqramına uyğun olaraq “Azərsu” ASC tərəfindən Zirə qəsəbəsində 1290 p/m müxtəlif diametrli su xətti çəkilmiş, 40 ədəd ev birləşməsi verilmiş, 181 ədəd smart tipli sayğac quraşdırılmışdır, Mərdəkan qəsəbəsində 1757 p/m su xətti çəkilmiş, 96 ev birləşməsi verilmiş, Şüvəlan qəsəbəsində 1784 p/m su xətti çəkilmiş, 60 ev birləşməsi verilmişdir, Binə qəsəbəsində 654 p/m su xətti çəkilmiş, hündürmərtəbəli binalarda yerləşən 560 mənzilə ev birləşməsi verilmiş, 744 ədəd smart tipli sayğac quraşdırılmış, Sovxoz yolu boyunca 752 p/m müxtəlif diametrli su xətti, 500 p/m kanalizasiya xətti çəkilmişdir. Qala qəsəbəsində 15172 p/m su xətti çəkilmiş, 1018 ədəd ev birləşməsi verilmiş, 720 ədəd smart tipli sayğac quraşdırılmış, Buzovna qəsəbəsində isə 2419 p/m müxtəlif diametrli su xətti çəkilmişdir.
Hal-hazırda rayon əhalisinin 32,3 %-i, yəni 52 039 nəfər əhalisi fasiləsiz su ilə təmin olunur.
2016-cı ilin 6 ayı ərzində Xəzər rayon, TİX-nin ərazilərində itkilərin azaldılmasında və qaz təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlər planına əsasən, aşağıdakı işlər görülmüşdür:
Şüvəlan qəsəbəsinin İ.Muradov, Nizami, Vidadi küçələrində təzyiq rejimlərinin tənzimlənməsi məqsədilə yeni çəkilmiş qaz xətlərinin üzərində qaz tənzimləyici şkafları quraşdırılmış, D 57 mm-lik 620 p/m, D 108 mm-lik 196 p/m qaz xətti çəkilmişdir. Eyni zamanda Şüvəlan qəsəbəsi, Sabir, M.Müşfiq, Abşeron, Füzuli, H.Məmmədov küçələrində həyətlərdən keçən qaz xətlərinin küçəyə çıxarılması üçün D-108 mm-lik 120 p/m, D-57 mm-lik 300 p/m qaz xəttinin çəkilişi işləri başa çatdırılmış, A.İldırım küçəsində isə qaz təchizatının yaxşılaşdırılması üçün D-76 mm-lik 90 p/m qaz xətti çəkilməkdədir.
Mərdəkan qəsəbəsinin R.Qasımov, S.Yesenin, H.Z.Tağıyev, Dənizkənarı küçələrində yeraltı qaz xətlərinin ləğv olunması məqsədilə D 57 mm-lik 618 p/m, D 76 mm-lik 131 p/m qaz xətti çəkilmiş, D-50 mm-lik siyirtmə və 140 ədəd qaz sayğacları köhnə xətdən yeni xəttin üzərinə köçürülmüşdür.
Binə qəsəbəsinin: Rəhmanov, R.Əşrəfov, Orconikidze, Məmmədyarov, N.Abbasov küçələri və M.Füzuli küçəsinin bir hissəsində yeraltı qaz xətlərinin ləğv olunması məqsədilə D-57 mm-lik 2520 p/m, D-108 mm-lik 450 p/m, D-76 mm-lik 1023 p/m qaz xətti çəkilmişdir. 541 ədəd qaz sayğacı köhnə xəttin üzərindən yeni xəttə köçürülmüşdür.
Buzovna qəsəbəsində D 57 mm-lik 400 p/m, D 32 mm-lik 40 p/m, Türkan qəsəbəsində isə D 108 mm-lik 140 p/m qaz xətti çəkilmişdir.
Eyni zamanda Türkan, Binə, Buzovna, Qala, Şağan, Mərdəkan, Şüvəlan qəsəbələrində 95 ədəd qaz tənzimləyici şkaflarında tənzimlənmə işləri aparılmışdır.
Hal-hazırda rayon ərazisində qaz kəmərlərinin çəkilişi, mexaniki sayğacların “Smart kart” tipli sayğaclarla əvəz olunması, mənzillərin və obyektlərin qazlaşdırılması, həyətlərdə quraşdırılmış qaz sayğaclarının kənara çıxarılması işləri davam etdirilir.
Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması məqsədilə bir çox işlər görülmüşdür.
Belə ki, 2016-ci ilin 6 ayı ərzində 9 ədəd KTM, 13 ədəd güc transformatoru dəyişdirilmiş, 12 KTM-də ÖİN xətti quraşdırılmış, 201 ədəd qoruyucu dəyişdirilmiş, 574 ədəd TM və KTM cari təmir olunmuşdur. 42 ədəd dayaq muftası qoyulmuş, 347ədəd Y/G izolyator, 106 ədəd dayaq dəyişdirilmiş, 62 ədəd yeni dayaq basdırılmışdır. 5970 metr 6/10 KV-luq, 7830 metr 0,4 kv-luq kabel çəkilmiş, 656 metr 6/10 KV-luq , 3669 metr 0,4 KV-luq kabel, 12620 metr 6/10 KV-luq naqil dəyişdirilmişdir.
Hal-hazırda Şüvəlan qəsəbəsində müasir standartlara cavab verən yeni KTM tikintisi davam etdirilir.
Hazırki dövrdə əhalinin rabitə və informasiya texnologiyalarına çıxış imkanlarının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, Xəzər Telefon Qovşağının 01.07.2016-cı il tarixinə montaj tutumu 68656 nömrə və abunəçi tutmu isə 59189 nömrə təşkil etmişdir.
Xəzər Telefon Qovşağı “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində də bir sıra işlər görmüşdür. Belə ki, Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivində 32 port internet və abunəçi tutumu artırılmışdır. Albalılıq yaşayış massivi ərazisində yerləşən EATS-453 dəyişdirilərək NGN (Next-Generation Network) şəbəkəsinə keçirilməsi və 192 port artımı üçün hal-hazırda işlər aparılır.
Hesabat dövrü ərzində Binə qəsəbəsi, Vaqif küçəsidə 192№-li EATS quraşdırılıb istifadəyə verilib. Hövsan südçülük sovxozu ərazisində 200 abunəçi telefonla təmin edilmişdir. EATS-lərdə abunəçilərin internetə olan tələbatını ödəmək məqsədilə şəbəkə tutumu 1184 port artırılaraq abonentlərin istifadəsinə verilmişdir.
2016-ci ilin 6 ayı ərzində Xəzər Telefon Qovşağı tərəfindən əhaliyə 922, idarələrə isə 42 ədəd olmaqla 964 ədəd yeni telefon, əhaliyə 3217, idarələrə isə 32 ədəd olmaqla 3249 ədəd yeni ADSL xətti sənədləşdililmişdir. Hesabat dövrü ərzində yüksəksürətli internet ADSL istifadəçilərinin sayı 27673 nömrə təşkil etmişdir.
“Azərpoçt” MMC tərəfindən 2016-cı ilin 6 ayı üçün verilmiş 536320 manat tarif gəliri proqnozu faktiki olaraq 563602 manat icra edilmişdir. Proqnozla müqayisədə 27282 manat əlavə gəlir əldə olunmuşdur. Keçən ilin müvafiq dövrünün xidmətləri ilə müqayisədə PÖN satışı üzrə 22644, teleqramların qəbulundan-876 manat, telefon abunə haqlarının yığımı üzrə-4844 manat, digər kommunal haqlarının yığımı üzrə-331 manat, beynəlxalq pul köçürmələri üzrə- 2897 manat, DYP pullarının qəbulundan-2894 manat, xarici valyutanın alışı və satışı üzrə-25359 manat, digər gəlirlər üzrə-26892 manat gəlir artımı əldə olunmuşdur.
«2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, H.Əliyev Fondu və digər investisiya layihələri çərçivəsində Xəzər rayonunda təhsil, səhiyyə, mədəniyyət, idman sahələri də daim diqqət mərkəzində olmuş və 2016-cı ilin 1-ci yarısında da bu istiqamətdə bir sıra işlər görülmüşdür. Hal-hazırda rayon ərazisində 20-yə yaxın obyektdə, təmir-tikinti və yenidənqurma işləri davam etdirilir. Bunlardan Şağan qəsəbəsində 350 yerlik Mədəniyyət evi Şahmat məktəbinin, Müharibə Əlilləri üçün Müalicə Pansionatının, Mərdəkan qəsəbəsində Əlillər üçün müalicə pansionatının, Sərhəd Xidmətinin Xüsusi məktəbinin yeni koprusunun, 2 nömrəli Valideyn himayəsindən mərhum olmuş uşaqlar üçün internat məktəbinin, Buzovna qəsəbəsində İdman Kompleksinin, 144 nömrəli uşaq bağçasının, Gənclər üçün İdman tədris bazasının, 7 nömrəli vərəm Xəstəxanasının, Uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyasının, Qala qəsəbəsində İdman Kompleksinin, GEMZS Dünya Akademiyasının, Türkan qəsəbəsində İdman Kompleksinin, Binə qəsəbəsində yeni uşaq bağçasının, Şüvəlan qəsəbəsində Şimal DRES-in 2-ci blokunun, Zirə qəsəbəsində B.Sərdarov adına zavodun filialının təmir və tikintisini qeyd etmək olar. Həmin obyektlərin bəzilərində artıq tamamlama işləri gedir. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Millət vəkili, Respublikanın birinci xanımı Mehriban Əliyeva 2016-cı ilin 1-ci yarısında rayonumuzda bir neçə obyektin açılış mərasimində iştirak etmişlər. Cənab Prezident İlham Əliyev 20.04.2016-cı il tarixində Binə qəsəbəsinin Ə.İsazadə küçəsinin yenidən qurulmasından sonra yolun açılışında iştirak etmişdir. Xəzər RİH-nin Başçısı cənab G.İslamov həmin yolun davamının da yenidən qurulması məqsədilə cənab Prezidentə müraciət etmişdir. Prezident rayon rəhbərinin müraciətini müsbət qiymətləndirərək yolun yenidən qurulmasının davam etdirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan «Azəravtoyol» ASC-nə əlavə vəsait ayırmışdır.
13.06.2016-cı il tarixində cənab Prezident Türkan qəsəbəsində yerləşən, DSX-nin Sahil Mühafizəsinin Gəmi İnşaası və Təmiri mərkəzində tikintisi başa çatmış II dərəcəli sərhəd gəmisi və müasir iri sürətli qayıqların istismara verilməsi mərasimində iştirak etmişdir.
Azərbaycan Respublikasının birinci xanımı, Millət vəkili Mehriban Əliyeva 22.06.2016-cı il tarixində rayonun Zirə qəsəbəsinə səfər edərək, orada inşaası başa çatdırılan «Cümə» məscidinin və «Dalğa» yay uşaq düşərgəsinin açılış mərasimində iştirak etmişdir.
Hesabat dövründə rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə kütləvi tədbirlər keçirilmiş, dövlətçilik tariximizin qanlı səhifələrinin yazıldığı 20 yanvar, Xocalı faciəsi və 31 mart Azərbaycanlıların soyqırımı kimi anım günləri keçirilmiş, öz tökülən qanları ilə tarix yazan qəhrəmanların əziz xatirəsi etiramla yad edilmişdir.
«Novruz» bayramı münasibətilə Buzovna qəsəbəsində bayram şənliyi təşkil edilmiş, 1200 nəfər iştirakçı üçün bayram süfrəsi açılmışdır. Bayram konserti və tonqal ətrafında şənlik təşkil olunmuş, xalqımızın qədim və zəngin adət-ənənələrini özündə əks edirən tamaşalar göstərilmişdir. Tədbir İctimai Televiziya vasitəsilə geniş işıqlandırılmışdır.
2016-cı ilin may ayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə YAP rayon təşkilatı ilə birlikdə rayonda silsilə tədbirlər keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Ulu Öndər H.Əliyevin məzarı ziyarət edilmiş və H. Əliyev Mərkəzinə səfər təşkil edilmişdir. H.Əliyevin xatirəsinə həsr edilmiş futbol, nərd, güləş yarışları təşkil edilmiş və qaliblər mükafatlandırılmışlar.
23 iyun 2016-cı il tarixində Xəzər RİH-i Aparatında Dövlət Qulluqçularının peşə bayramı münasibətilə geniş tədbir keçirilmiş və RİH-nin Başçısı dövlət qulluqçularını bayram münasibətilə təbrik etmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xəzər RİH-i Başçısının müavini Arif Tofiq oğlu Balayevin «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunmasını və bunu Xəzər rayon ictimaiyyətinə verilən xüsusi qiymətinin təzahürü kimi vurğulamışdır.
2016-cı ilin Multikulturalizm ili olduğunu nəzərə alaraq RİH tərəfindən bu istiqamətdə də bir çox tədbirlər görülmüş və görülməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçməsi ilə əlaqədar olaraq 15 fevral- 13 may 2016-cı il tarixində rayon əhalisinin 97154 nəfəri tibbi müayinədən keçmişdir.
Rayon rəhbərliyinin təşəbbüsü ilə 11 aprel – 15 iyun 2016-cı il tarixində «Səyyar ASAN» xidmət avtobusu rayonun 5 qəsəbəsində olmuş və 7000-ə yaxın sakin xidmətdən yararlanmışdır.
2016-cı ilin 6 ayı ərzində Xəzər RİH Aparatına 1772 ərizə, şikayət və müraciət və 1030 xidməti sənəd daxil olmuşdur. Daxil olmuş 1772 ərizə və muraciətdən 757-si müsbət həll edilmiş, 935 ərizəyə lazımi izahat və təkliflər verilmiş, 3 ərizə aidiyyatı üzrə göndərilmiş, 77 ərizə isə icraatdadır.
Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 59 nəfər vətəndaş olmuşdur. Ötən dövrdə vətəndaşların icra hakimiyyətində qəbul edilməsinin və müraciətlərinə baxılmasının bir qismi elektron formada həyata keçirilmişdir.
2016-cı ilin birinci yarısında RİH Başçısı tərəfindən qəsəbələrdə 13 səyyar qəbul keçirilmiş, bu görüşlərdə 1406 nəfər iştirak etmiş və 53 müraciət səslənmişdir. Səyyar görüşlərdə bir qayda olaraq Millət vəkili Rauf Əliyev iştirak etmiş və o da sakinləri narahat edən problemlərlə bağlı öz izahatlarını vermişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su, kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil etmişdir. Səyyar qəbullarda səslənmiş müraciətlərin əksəriyyəti müsbət həll edilmiş, digər məsələlərlə baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
Perspektivdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işləri çərçivəsində Mərdəkan qəsəbəsinin girişindəki istirahət parkının tikintisi işlərinin başa çatdırılması, Binə qəsəbəsində yeni istirahət parkının tikintisinə başlanılması, Binə, Mərdəkan, Şüvəlan qəsəbələrində yerləşən bəzi hündürmərtəbəli binaların təmir olunması, Mərdəkan qəsəbəsində yerləşən hündürmərtəbəli binaların həyətlərinin asfaltlaşdırılması və digər işlər durur.
Sonra Xəzər “İqlim” EİM-nin direktoru S Abbasov , H.Z.Tağıyev adına NQÇİ-nin rəisi S.Əliyev və Şura üzvü T.Səlimov çıxış edərək hesabat dövründə görülən işlər barədə məlumat verdilər.
Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev neftin qiymətinin aşağı düşməsi nəticəsində cari ilin birinci rübündə yaranan vəziyyətdən danışaraq, ümumi daxili məhsulun aşağı düşməsinə, gəlirlərin və dövlət tərəfindən yatırılan investisiyaların azalmasına baxmayaraq, görüləcək işlər nəticəsində Azərbaycanın iqtisadiyyatının bu il də artacağına ümid olduğunu qeyd etdi.
Hesabat iclasının yekununda G.İslamov Xəzər rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində rüb ərzində çox böyük işlərin görüldüyünü və hazırda bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini, eyni zamanda, qarşıda nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminlik ifadə etmişdir.