Yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün 4 saylı Respublika Xüsusi İnternat məktəbinin şagirdləri ilə görüş keçirilmişdir
28 iyun 2016 | 16:00
28 iyun 2016-cı il tarixdə Şüvəlan qəsəbəsində yerləşən Yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün 4 saylı Respublika Xüsusi İnternat məktəbinin şagirdləri ilə görüş keçirilmişdir. Görüşdə Xəzər rayon İcra Hakimiyyətinin Başçısı G.İslamov, Xəzər rayonunun millət vəkili R.Əliyev, YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədov və İcra Hakimiyyətinin digər əməkdaşları iştirak etmişlər.
Görüş münasibəti ilə uşaqlara futbol topları, idman köynəkləri və papaqları hədiyyə edilmiş, uşaqlar üçün nahar süfrəsi təşkil olunmuşdur.