Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda tibb işçilərinin peşə bayramı qeyd olunmuşdur.

16 iyun 2016 | 16:00

       16 İyun 2016-cı il tarixdə Xəzər rayon İcra Hakimiyyəti və Xəzər rayon Səhiyyə İşçilərinin Həmkarlar Şurasının birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Evi, “Eko-Park” da 17 İyun-Tibb işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
       Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və rayon tibb işçilərinin kollektivi iştirak etmişdir.
         Tədbirdə Xəzər RİH Başçısının müavini A.Balayev, Millət Vəkili R.Əliyev və YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədov çıxış edərək səhiyyə işçilərini peşə bayramları münasibəti ilə təbrik etmişdilər.
      Natiqlər həmçinin, Ulu öndər Heydər Əliyevin 04 iyun 2001-ci il tarixli sərəncamı ilə ölkəmizdə 17 iyun tibb işçilərinin peşə bayramı kimi qeyd olunması qəbul olunduğunu vurğulamış və təsədüfü deyil ki, həmin günün Azərbaycan Demokratik Respublikasında  Səhiyyə Nazirliyinin yaranması günü ilə üst-üstə düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
         Sonra əhalinin sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyətinə, rayonun ictima-siyasi həyatında fəal mövqeyinə görə bir qrup tibb işçisi Fəxri Fərmanla və qiymətli hədiyyələrlə təltif edilmişdir.

Keçidlər