Rayon İcra Hakimiyyətinin başçısı Buzovna qəsəbəsi sakinləri ilə görüşdü.
2016-cı il iyun ayının 8-də Buzovna qəsəbəsindəki Mədəniyyət evində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə Millət Vəkili Rauf Əliyev, rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial–iqtisadi sahədə əldə edilmiş nailiyyətlər dən və xüsusilədə Buzovna qəsəbəsində gedən işlərlə bağlı ətraflı məlumat verdi.
Görüşdə iştirak edən Millət Vəkili Rauf Əliyev də öz növbəsində sakinlər tərəfindən ona edilən müraciətlərlə bağlı lazimi tədbirlərin görülməsini iştirakçıların diqqətinə çatdırdı.
Daha sonar qəsəbə sakinləri iclasda çıxış edərək, qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqları aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
.