Şriftin ölçüsü :

Saytın rəngi :

"1 iyun - Uşaqların Müdafiəsi günü" Xəzər rayonunda qeyd edildi.

01 iyun 2016 | 16:00

      1 iyun 2016-cı il tarixində "1 iyun - Uşaqların Müdafiəsi günü"  münasibətilə Zirə Mədəniyyət Evində  “Eko-park” da tədbir keçirildi. Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başçısının müavini Lalə Əhmədova, RİH Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayonunda yerləşən internat evlərinin uşaqları iştirak edirdilər.
          İlk öncə tədbirə qatılan uşaqlar yeni yaradılan Zirə “Eko-parkı” ilə yaxından tanış oldular.
      “Eko-park” la tanışlıqdan sonra Xəzər rayon İcra Hakimiyyəti başçının müavini L.Əhmədova, şöbə müdiri G.Qurbanov, Gənclər və İdman İdarəsinin rəisi V.Əliyev uşaqları bayram günü münasibətilə təbrik etmiş, ən xoş arzularını bildirmişlər. Daha sonra Eko Parkda yerləşən otaqlarla uşaqlar tanış olmuş və ərazidə yerləşən oyun meydançasında əylənmişlər.

Keçidlər