Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika gününə həsr olunmuş Xəzər rayonunun tam orta ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında Breyn - rinq intellektual oyunu keçirilmişdir

23 may 2016 | 16:00

          21.05.2016-cı il tarixdə 124 saylı tam orta məktəbdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər rayon İcra Hakimiyyəti, Təhsil İşçiləri Azad Həkarlar İttifaqının Xəzər rayon Komitəsi , Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 May - Respublika gününə həsr olunmuş Xəzər rayonunun tam orta ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında Breyn - rinq intellektual oyunu keçirilmişdir. Yarışa başlamazdan öncə Təhsil İşçiləri Azad Həkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tədbir iştirakçılarını qarşıdan gələn 28 May -Respublika günü münasibətilə təbrik edərək, yarış iştirakçılarına uğurlar arzulamışlar.
          Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışmasında I yeri - 149 nömrəli tam orta məktəb, II yeri - 136 nömrəli tam orta məktəb, III yeri isə 206 nömrəli tam orta məktəbin komandası tutmuşdur. Qalib gəlmiş komandaları bir daha təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Keçidlər