183 nömrəli orta məktəbdə “Vətən qəhrəmanlarını unutmur” adlı tədbir keçirilmişdir.
20.05.2016-cı il tarixində 183 N-li tam orta məktəbdə “Vətən qəhrəmanlarını unutmur” adlı vətənpərvərlik təbiri keçirilmişdir. Tədbir BŞTİ-nin fəaliyyət planına əsasən ümumtəhsil məktəblərinə tövsiyə olunmuş layihə çərçivəsində keçirilmişdir. Tədbirdə dəvət olunmuş qonaqların təqdimatı məktəbin direktoru R.Abbasova tərəfindən aparılmışdır. Qonaqların məktəb kollektivinə , şagirdlərə müraciətlə söylədikləri xatirələr, çıxışlar şagirdlər tərəfindən maraqla qarşılanmışdır.Şagirdlərin çıxışından ibarət təqdim edilən ədəbi- bədii kompozisiya alqışlarla dinlənilmişdir. Milli qəhrəmanlar Bəxtiyar Allahverdiyev və Zabit Quliyev şagirdlərə öz döyüş yolları haqqında söhbət açmışlar. Tədbir böyük təntənə və ruh yüksəkliyi ilə keçmişdir.
Tədbirdə Azərbaycan Respublikası “Milli Qəhrəmanları Tanıtma İctimai birliyi” Xəzər rayon nümayəndəliyinin sədri Elçin Əzimov, Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, BŞTİ-nin nümayəndəsi Mürsəl Qurbanov, Xəzər RİH-in nümayəndəsi -Anar Nəsirov, Xəzər rayon Veteranlar Şurasının sədri Nüsrət İbrahimov , “Qarabağ əlilləri və şəhid ailələri ictimai birliyi” nin sədri Səfa Əliyev, Azərbaycan Respublikası “Milli Qəhrəmanları Tanıtma İctimai birliyi” Xəzər rayon nümayəndəliyinin Qadınlar şurasının sədri Xalidə Qurbanova, Azərbaycan Respublikası “Milli Qəhrəmanları Tanıtma İctimai birliyi” Xəzər rayon nümayəndəliyinin idarə heyətinin üzvü Füzuli Həsənlı, Azərbaycan Respublikası “Milli Qəhrəmanları Tanıtma İctimai birliyi” Xəzər rayon nümayəndəliyinin sədr müavini Adil Verdiyev və Azərbaycan Respublikasının ictimai birliyinin Xəzər rayon nümayəndəliyinin Gənclər birliyinin sədri Tofiq Həsənov iştirak etmişdilər.