Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 - cü ildönümü münasibətilə Futbol üzrə Xəzər rayon turniri keçirilmişdir.
Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı ,Xəzər rayon İnkişaf Fondu ilə birlikdə 22 aprel - 06 may 2015 – ci il tarixlərdə “ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 - cü ildönümünü rayonda yüksək səviyyədə qeyd etmək, gənclərin asudə vaxtının səmərəli təşkili , idman və sağlam həyat tərzini təbliğ etmək, ən güclü futbolçuları aşkar etmək, bu idman növünü rayonda inkişaf etdirmək, « 2005-2015-ci illər ərzində Futbolun inkişafı Dövlət proqramı « nın icrasını təmin etmək məqsədilə Futbol üzrə Xəzər rayon turniri keçirilmişdir.
Yarışlar 22 aprel - 06 may 2015 – ci il tarixlərində Şağan Olimpiya İdman Kompleksinin , AFFA Futbol Mərkəzinin “Dalğa Arena “ və “ Azal Arena “ stadionlarında keçirilmişdir. Ümumilikdə rayon turnirində 8 komanda tərkibində 216 nəfər futbolçu iştirak etmişdir.
06.05.2016-cı il tarixdə finala çıxmış kamandalar arasında növbəti oyun keçirildi. Sona qalan Binə bələdiyyəsi və Mərdəkan bələdiyyəsi arasında keçirilən oyunda beş sıfır hesabı ilə Binə bələdiyyəsi komandası qalib gələrək növbəti dəfə yenəd də kuboka sahib çıxdı.
“Azal Arena” Stadionunda keçirilən final oyununu izləmək üçün Xəzər rayon İcra Hakimiyyətinin Başçısı cənab Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov Xəzər rayon Hüquq mühafizə orqanlarının rəhbərləri, Azal Futbol Klubunun vitse-prezidentləri iştirak etmişdilər.
Sonda I,II və III yerləri tutmuş komandalar Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı Xəzər İnkişaf Fondu tərəfindən kubok, diplomlar və hədiyyələrlə mükafatlandırılmışdırlar.