“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 - cü ildönümü” nə həsr olunmuş Nərd üzrə Xəzər rayon turniri
Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı, Xəzər İnkişaf Fondu, Xəzər rayon Gənclər və İdman idarəsi ilə birlikdə 20 aprel – 06 may 2016-cı il tarixlərində Yeni azərbaycan partiyasının Xəzər rayon təşkilatının inzibati binasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü rayonda yüksək səviyyədə qeyd etmək məqsədilə yerli və özünü idarəetmə orqanlarının əməkdaşları arasında Nərd üzrə yarış keçirilmişdir.
Yarışda 27 nəfər iştirak etmişdir.Yarışın yekununda I yerin sahibi Hüseynov Cəfərolmuşdur. II yerə Mirzəməmməd Əliyev, III yerə isə Ağababa Məmmədov layiq görülmüşdülər. Keçirilən yarışın sonunda Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı, Xəzər İnkişaf Fondu,Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən yarışın qaliblərinə дипломлар və xatirə hədiyyələri təqdim olunmuşdur.