Xəzər rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının nümayəndələri Fəxri Xiyabanı və Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
5 may 2016-cı il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü ilə əlaqədar Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun, Millət Vəkili Rauf Əliyevin, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədovun və Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətovun iştirakı ilə rayon fəalları Fəxri xiyabanda və Heydər Əliyev Mərkəzində olmuşlar.
Nümayəndələr ilk öncə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül qoymuşlar. Nümayəndələr həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad etmiş, məzarı üzərinə gül dəstələri qoyaraq öz hörmət və ehtiramlarını bildirmişdilər.
Daha sonar nümayəndələr Heydər Əliyev Mərkəzində oldular. Mərkəzdə Ziyarətçilərə ümummilli lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək keçdiyi ömür yolu ilə yanaşı müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələrdə rolu barədə məlumatlar nümayəndələrin diqqətinə çatdırıldı.