Oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə Xəzər rayonunda təbir keçirilmişdir .
26 aprel 2016 | 16:00
26.04.2016-ci il tarixdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə Xəzər rayonu Şağan qəsəbəsində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatında tədbir keçirilmişdir. Tədbirdə pansionatın tibb işçiləri, həkimlər və Xəzər RİH Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər iş şöbəsinin müdiri G.Qurbanov iştirak etmişdir. Tədbiri giriş sözü ilə pansionatın baş həkimi Pərvanə Hacıyeva açmışdır. Tədbirdə həkimlər Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı məruzələrlə çıxışlar etmişlər.