Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Zirə qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirdi.

20 aprel 2016 | 16:00

        20 aprel 2016-cı il tarixində Xəzər rayonunun Zirə Mədəniyyət evində Xəzər Rayon İcra Hakimiyyəti Başçısı cənab Gülağa İslamovun Zirə  qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
         Səyyar görüşdə RİH başçısının müavinləri, RİH Başçısı Aparatının şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
        110 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı. Daha sonra İcra Başçısı Xəzər rayonunda gedən təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışdı.
        Həmçinin İcra Başçısı Zirə qəsəbəsində  gedən yeni abadılıq və quruculuq işləri barədə sakinlərə məlumat verdi. Belə ki, qəsəbəyə gedən yeni enli zolaqli magistral yolun salınması, qəsəbədə Sərdarov adına zavodun filialının, yeni Uşaq düşərgəsinin və “Cümə” məscidinin sökülərək yenidən tikilməsi barədə sakinlərə geniş məlumat verdi.
Qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqları aradan qaldırılmasını xahiş etdilər.
      Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar yerindəcə aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

 

 

Keçidlər