Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısı İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq Xəzər rayonunun Türkan qəsəbəsində toplantısı keçirilib

06 aprel 2016 | 16:00

     6 aprel 2016-cı il tarixində Dövlət başçısı İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq Xəzər rayonunun Türkan qəsəbəsində toplantısı keçirilib. Toplantıda Xəzər rayon İcra Hakimiyyətinin Başçısı Gülağa İslamov, Rayon Ağsaqqallar şurasının sədri Rövşən Salahov, RİH Başçısının müavinləri, Aparatın məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
İlk öncə döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmişdir.
    Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov  son günlər təmas xəttində baş verənlər barədə yığıncaq iştirakçılarına məlumat verib.Bildirib ki, mütəmadi olaraq erməni tərəfi davamlı olaraq atəşgah rejimini pozur.Aprelin 2-nə keçən gecə isə təmas xətti boyunca mənfur qonşularımız mövqelərimizi və cəbhəyanı yaşayış məntəqələrimizi ağır artireliyalarla atəşə tutub.Düşmənə layiqli cavab verən ordumuz qarşı tərəfin xeyli canlı qüvvəsini və ağır texnikası məhv edilib. Hazırda təlaş içində olan düşmənlərimiz yenə də təxribatçı hərəkətlərindən əl çəkmirlər.Davamlı şəkildə mövqələrimizi atəşə tuturlar.İcra Başçısı onu da bildirib ki,hazırda Ali Baş Komandanın göstərişinə əsasən Silahlı    Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını  almağa hazırdır.Amma bununla belə hər yerdə olduğu kimi Xəzər rayon sakinləri tərəfindən icra hakimiyyətinə müraciətlər olur.Həm ön cəbhəyə getmək istəyənlər tərəfindən, həm də maddi və mənəvi dəstək göstərmək istəyənlər tərəfindən.Icra başçısı bütün bunların qürurverici olduğunu söylədi.Bildirdi ki, hələlik bütün bunlara ehtiyac yoxdur.Çünki təmas xəttindəki vəziyyət Respublika prezidentinin tam nəzarətindədir.Dövlətimizin və ordumuzun gücü və qüdrəti imkan verir ki,    Ermənistanın işğalçı hakimiyyətinin və ordusunun layiqli cavabı verilsin.Tədbirdə çıxış edən Türkan qəsəbə sakinləri son günlər təmas xəttində ordu qüvələrimizin göstərdiyi qəhrəmanlıqlardan danışdılar.
    Türkan sakinləri düşmən üzərindəki qələbə münasibəti ilə Azərbaycan xalqını və ölkə prezidentinin təbrik etmişlər və hər an Ali baş komandanın əmrini gözlədiklərini bildirmişdilər.

Keçidlər