Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda şəhid əsgər torpağa tapşırıldı.

06 aprel 2016 | 16:00

     Azərbaycan ordusunun 1994-cü il təvəllüdlü əsgəri, Xəzər rayonunun Mərdəkan qəsəbəsində böyüyüb boya başa çatmış Kamran Faiq oğlu Şirəliyev 4 aprel 2016-cı il tarixdə cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin  torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhidin cənazəsi aprelin 6-da səhər saatlarında Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki evinə gətirilmişdir. 
   Ayın altısı günü səhər saatlarından minlərlə insan şəhid Kamran Faiq oğlu Şirəliyevin Mərdəkan qəsəbəsində yaşadığı evinə axışmışdı. Bu insan seli Vətən oğlunu son mənzilə yola salmağa gəlmişdi. Şəhidlə keçirilən vida mərasimində Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Millət Vəkili   Rauf Əliyev, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayon Ağsaqqallar Cəmiyyətinin sədri Rövşən Salahov, hüquq mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, media təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələr iştirak etmişdilər.
5000-dən çox adamın iştirak etdiyi böyük izdiham 2 kilometrdən artıq yolu piyada qət edərək şəhid cənazəsini başları üstündə bayraq edib və "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirmişdilər.
   Bu həyacanverici anlar Mərdəkan qəsəbəsindən suraxanı qəsəbəsinədək davam etmişdi. Suraxanı rayonunda da şəhidimizin cənazəsini böyük izdiham qarşılamışdır. Burda ümumxalq sevgisi,ümumxalq məhəbbəti ilə qəhrəmanımız uğrunda canından keçdiyi müqəddəs torpağ tapşırıldı. Dəfn mərasimində həmçinin, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Suraxanı rayon ictimaiyyəti iştirak etmişdir.
     Şəhidin cənazəsi alqış sədaları altında Suraxanı rayon qəbirstanlığında vətən torpağına əmanət edilib.
Sonda şəhidlərin ruhuna dualar oxundu,xatirələri yaylım atəşi ilə anıldı.

Keçidlər