Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısı İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq Xəzər rayon icra hakimiyyətində ümumrayon toplantısı keçirilib.

04 aprel 2016 | 16:00

     4 aprel 2016-cı il tarixində Dövlət başçısı İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq Xəzər rayonunun Mərdəkan Mədəniyyət Sarayında ümumrayon toplantısı keçirilib. Toplantıda Xəzər rayon İcra Hakimiyyətinin Başçısı Gülağa İslamov, Millət Vəkili Rauf Əliyev,  Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov,     Rayon Ağsaqqallar şurasının sədri Rövşən Salahov, rayon ziyalılar cəmiyyətinin sədri Təvəkkül Səlimov, RİH Başçısının müavinləri, Aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
     Son günlər təmas xəttində əsgər və zabitlərimizin göstərdiyi şücaət Azərbaycan ordusunun qüdrətinin və xalqımızın qəhrəman oğullarının döyüşkən ruhunun təntənəsidir.Bu fikirlər Prezident yanında Təhlükəsizlik Şurasının iclasında Dövlət Başçısı İlham Əliyevin verdiyi tapşırıqların icrası məqsədi ilə Xəzər rayon ictimaiyyətinin keçirdiyi toplantıda səslənib.Yığıncaq iştirakçıları əvvəlcə şəhidlərimizi bir dəqiqəliklə sükutla yad edib,ruhlarına dualar ediblər. Rayon İcra Hakimiyyətinin başçısı    Gülağa İslamov  son günlər təmas xəttində baş verənlər barədə yığıncaq iştirakçılarına məlumat verib.Bildirib ki, mütəmadi olaraq erməni tərəfi davamlı olaraq atəşgah rejimini pozur.Aprelin 2-nə keçən gecə isə təmas xətti boyunca mənfur qonşularımız mövqelərimizi və cəbhəyanı yaşayış məntəqələrimizi ağır artireliyalarla atəşə tutub.Düşmənə layiqli cavab verən ordumuz qarşı tərəfin xeyli canlı qüvvəsini və ağır texnikasını məhv edib. Hazırda təlaş içində olan düşmənlərimiz yenə də təxribatçı hərəkətlərindən əl çəkmirlər.Davamlı şəkildə mövqələrimizi atəşə tuturlar.İcra Başçısı onu da bildirib ki,hazırda Ali Baş Komandanın göstərişinə əsasən Silahlı Qüvvələrimiz cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını  almağa hazırdır.Amma bununla belə hər yerdə olduğu kimi Xəzər rayon sakinləri tərəfindən icra hakimiyyətinə müraciətlər olur.Həm ön cəbhəyə getmək istəyənlər tərəfindən, həm də maddi və mənəvi dəstək göstərmək istəyənlər tərəfindən.Icra başçısı bütün bunların qürurverici olduğunu söylədi.Bildirdi ki, hələlik bütün bunlara ehtiyac yoxdur.Çünki təmas xəttindəki vəziyyət Respublika prezidentinin tam nəzarətindədir.Dövlətimizin və ordumuzun gücü və qüdrəti imkan verir ki, Ermənistanın işğalçı hakimiyyətinin və ordusunun layiqli cavabı verilsin.Tədbirdə çıxış edən millət vəkili Rauf Əliyev,YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov,  rayon ziyalılar cəmiyyətinin sədri Təvəkkül Səlimov ,Təhsil işçiləri Həmkarlar İttifaqı rayon şöbəsinin sədri Həzərxan Əbilov  və başqaları son günlər təmas xəttində ordu qüvələrimizin göstərdiyi qəhrəmanlıqlardan danışdılar.Bildirdilər ki,günbə-gün qüdrətlənən Azərbaycan ordusu istənilən təxribatlara,təcavüzlərə cavab vermək iqtidarındadır.Bu işdə isə bütün azərbaycanlılar kimi Xəzər rayonunun ictimaiyyəti Respublika Prezidentinin  və Ordunun arxasındadır.Sonda rayon ictimaiyətinin prezident İlham Əliyevə müraciəti qəbul olundu.


 

Keçidlər