Xəzər rayonunda əhalinin tibbi müayinəsi uğurla davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Xəzər rayonunda müvafiq komissiya yaradılıb.
Fəaliyyət göstərən komissiya tibbi profilaktik müayinənin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün əhali arasında maarifləndirmə və izahat işləri aparır.
Rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 2 poliklinikada aparılan əhalinin pulsuz tibbi müayinəsi 15 fevral tarixindən başlayaraq bu günə kimi uğurla həyata keçirilir.
Müayinələr zamanı səhətində hər hansı problem çıxan sakinlər daha dərin müayinə və müalicələr aparılması üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilir. Aksiya çərçivəsində 110972 nəfər rayon sakini tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.
Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
31 mart 2016-cı il tarixədək Xəzər rayonunda 41579 minə yaxın vətəndaş və 95 kollektiv tibbi müayinədən keçib. 3894 nəfər vətəndaş ambulatory müalicəyə cəlb olunub, 362 nəfər stasionar müalicəyə cəlb edilmiş, 110 nəfər müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilmişdir.