Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım Günü ilə əlaqədar Xəzər rayonunda Şəhidlərin məzarları ziyarət olunub

27 sentyabr 2023 | 15:25

  “27 sentyabr - Anım günü” ilə əlaqədar respublikanın hər yerində olduğu kimi Xəzər rayonunda da Şəhidlər Xiyabanlarına ziyarətlər təşkil edilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri yad edilib.
  Tədbirlər çərçivəsində Xəzər rayonu, Buzovna qəsəbəsindəki Şəhidlər Xiyabanında da Xəzər RİH başçısı Elşən Salahov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavini və Aparatın şöbə müdirləri, Şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə gülqoyma mərasimi keçirilib.
  Tədbir iştirakçıları tərəfindən ilk öncə şəhid ailələri ilə görüş keçirilərək ailələrin qayğıları ilə maraqlanılıb, daha sonra Vətən övladlarının məzarlarına gül dəstələri düzülərək ruhlarına dualar oxunub.

Keçidlər