27 sentyabr - Anım günü ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi verilib
27 sentyabr - Anım günü ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə ehsan süfrəsi verilib.
Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təhsil və səhiyyə sahələrinin və ictimai birliklərin rəhbərləri, RİH başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, Şəhid ailələri, qazilər, din xadimləri, rayon ağsaqqaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidlərin ruhuna dualar oxunub və əziz xatirələri ehtiramla yad edilib.