2 saylı Xüsusi internat məktəbində Novruz şənliyi keçirilmişdir.
14 mart 2016-cı il tarixdə Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 saylı Xüsusi internat məktəbində Novruz şənliyi keçirilmişdir . Tədbirdə Təhsil Nazirliyinin Deİnstutlaşdırma şöbəsinin rəisi Məlahət Hacıyeva , Xəzər RİH Aparatının İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ofeliya Məmmədzadə . YAP-nın Xəzər rayon Təşkilatının nümayəndəsi İlham Məmmədov və media nümayəndələri iştirak etmişdir . Novruz şənliyini giriş sözüylə açan məktəbin direktoru Ümnisə Nəcəfbəyova qonaqları salamlamış, hamını bayram münasibətilə təbrik etmişdir . Sonra isə şənlik internat məktəbinin şagirdləri tərəfindən hazırlanmış, musiqi nömrələri, kompazisiya və rəqslərlə davam etmişdir .