Xəzər rayonunda Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasimi keçirildi.
9 mart 2016-cı il tarixində Xəzər rayonunun Mərdəkan Mədəniyyət sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin rayon ictimaiyyətinə təqdimatı keçirilib.
Təqdimat mərasimində rayon İcra Hakimiyyət başçısının müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısı Aparatının kollektivi, rayon ictimaiyyətin nümayəndələri və rayonun fəal gəncləri iştirak ediblər.
Nümayişdən öncə tədbir iştirakçılarına film haqqında geniş məlumat verilib. Filmin Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs etdiyi, yaradıcı heyətin filmin hazırlanması üçün Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdən araşdırmaların aparıldığı, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşlərin və söhbətlərin keçirilməsi, layihənin rəhbəri və filmin rejissoru ilə bağlı geniş məlumat verildikdən sonra film təqdim olunmuşdur.
Bir saatadək davam edən film böyük maraqla izlənilmişdir.