Şriftin ölçüsü :

Saytın rəngi :

“2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icra vəziyyəti və “Yerli İcra Hakimiyyəti orqanlarının fəaliyyətində İKT-nin rolu” mövzularında Şura iclası keçirildi.

10 mart 2016 | 16:00

    10 mart 2016-cı il tarixində  Xəzər Rayon İcra Hakimiyyəti Başçısı yanında  Xəzər rayonunda “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icra vəziyyəti və “Yerli İcra Hakimiyyəti orqanlarının fəaliyyətində İKT-nin rolu” mövzularında  Şura iclası keçirildi.

     Şura iclasına başlamamışdan öncə RİH-nin Başçısı Gülağa İslamov uzun müddət Xəzər rayon İcra Hakimiyyətinin Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, hal-hazırda pensiyada olan İzətulla Manıyevin 80 illik yubileyi münasibəti ilə onu RİH nə dəvət edərək  səbəbkara uzun müddət dövlət qulluğunda və Xəzər RİH də nümunəvi xidmətinə görə Fəxri Fərmanla təltif etdi.
     Xəzər Rayon İcra hakimiyyətinin Başçısı, Şuranın sədri cənab Gülağa İslamov daha sonra iclası açıq élan edərək, gündəlikdə duran məsələ ilə əlaqədar Şura üzvlərini tanış etdi. I məsələ ilə bağlı Arayışı oxumaq üçün sözü ilk olaraq RİH Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Kərimova verdi. A.Kərimov Xəzər rayonunda “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icra vəziyyəti və qarşıya çıxan problemlərlə bağlı arayışı Şura üzvlərinin diqqətinə çatdırdı.
        Daha sonra gündəlikdə duran ikinci məsələ “Yerli İcra Hakimiyyəti orqanlarının fəaliyyətində İKT-nin rolu” mövzusunda arayışı oxumaq üçün söz RİH Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Babək mehdiyevə verildi.
B.Mehdiyev “Yerli İcra Hakimiyyəti orqanlarının fəaliyyətində İKT-nin rolu” mövzusu ilə bağlı arayışı Şura üzvlərinin diqqətinə çatdırdı.
Hər iki arayış dinlənildikdən sonar Şuranın sədri, RİH-nin Başçısı G. İslamov, Şura üzvləri Vaqif Həsənov, Arif Balayev, Lalə Əhmədova, Sabir Abbasov, Yaşar Novruzov, Rəhilə Baxşıyeva və Təvəkkül Səlimov çıxış edərək arayışlara öz münasibətlərini bildirdilər.

Keçidlər