Mərdəkan və Şağan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi
09 mart 2016-cı il tarixində Mərdəkan Mədəniyyət sarayında Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamovun Mərdəkan və Şağan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Səyyar görüşdə Milli Məclisin üzvü Rauf Əliyev, RİH başçısının müavinləri, aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
200 nəfər sakinin iştirak etdiyi görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı. Daha sonra İcra Başçısı Xəzər rayonunda gedən təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışdı.
Həmçinin İcra Başçısı Mərdəkan qəsəbəsində Y.Yesenin küçəsində gedən əsaslı təmir işlərindən, qəsəbənin giişində yeni salınan istirahət parkının salınmasından və Şağan qəsəəsində yeni Mədəniyyət evi və şahmat məktəbinin tikintisinin tamamlanması və qəsəbədə görülən digər işlər barədə qəsəbə sakinlərini məlumatlandırmışdır.
İcra Başçısı həmçinin qəsəbədaxili yollara və yol qovşaqlarına asfalt örtüyünün vurulması istiqamətində işlərinin aparıldığını vurğulamışdır.
Görüşdə iştirak edən Millə Vəkili Rauf Əliyev də öz növbəsində Xəzər rayonunun qəsəbələrində gedən abadlıq-quruculuq və bir sıra sosial layihələrin həyata keçirilməsi istiqamətində görülən işlərdən söz açdı.
Qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab G.İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi