Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Tam orta məktəblərdə gənclərin çağırışaqədərki hazırlıq dərslərinin təşkili və yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti vəziyyətinin öyrənilməsi haqqında” Şura iclası keçirildi.

25 fevral 2016 | 16:00

     25 fevral 2016-cı il tarixində  Xəzər Rayon İcra Hakimiyyəti Başçısı yanında  “Tam orta məktəblərdə gənclərin çağırışaqədərki hazırlıq dərslərinin təşkili və yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti vəziyyətinin öyrənilməsi haqqında ” Şura iclası keçirildi. Xəzər Rayon İcra hakimiyyətinin Başçısı Gülağa İslamov iclası açıq élan edərək, gündəlikdə duran məsələ ilə əlaqədar arayışı oxumaq üçün sözü RİH Başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanova verdi. G. Qurbanov Xəzər rayonun tam orta məktəblərində hərbi fənn kabinetlərinin vəziyyəti, hərbi dərslərin keçirilməsi üçün  əyani dərs vəsaitlərinin mövcudluğu və şagirdlərin dərsə davamiyyət məsələləri sahəsində aparılan təhlil və araşdırmalar, eləcə də monitorinqlərin nəticəsi ilə bağlı arayışı Şura üzvlərinin diqqətinə çatdırdı. 
         Arayış dinlənildikdən sonar Şuranın sədri, RİH-nin Başçısı Gülağa İslamov, Şura üzvləri Vaqif Həsənov, Arif Balayev, Lalə Əhmədova, Rəhilə Baxşıyeva, Sabir Abbasov, Yaşar Novruzov və Təvəkkül Səlimov çıxış edərək arayışa öz münasibətlərini bildirdilər.
Şura sədri, Xəzər Rayon İcra Hakimiyyəti başçısı G.İslamov məktəblərdə yaranmış bəzi problemlərin aradan qaldırılması məqsədilə müvafiq tapşırıqlar verdi və qeyd olunan məsələlər şuranın müvafiq protokoluna daxil edildi.
         Şura iclasının sonunda görülən işlər və qarşıda duran həlli vacib olan məsələlərin icrası ilə bağlı qərar qəbul edildi.

 

Keçidlər