Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Başçısının tapşırığına əsasən Xəzər rayonunda növbəti tibbi müayinə aksiyasına başlanılmışdır.

16 fevral 2016 | 16:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Xəzər rayonunda müvafiq komissiya yaradılıb. Fəaliyyət göstərən komissiya tibbi profilaktik müayinənin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün əhali arasında maarifləndirmə və izahat işləri aparır. Müayinələr rayon ərazisindəki 14, 26, 29, 31 saylı  BŞX –da, 17 saylı poliklinikada və Zirə Müəlicə Dioqnostika Mərkəzində aparılır və bu məqsədlə həmin tibb müəssisələrində bütün lazımi şərait yaradılmışdır.
        Müayinələr zamanı səhətində hər hansı problem çıxan sakinlər daha dərin müayinə və müalicələr aparılması üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilir. Aksiya çərçivəsində 110972  nəfər rayon sakini tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur .

 

Keçidlər