Xəzər rayonunda əhalinin məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması ilə bağlı qərargah yaradıldı.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 12 fevral 2016-cı il tarixli, 71 nömrəli sərəncamı əsasında Xüsusi Qərargah yaradılmışdır. Qərargahın nəzdində sahibkarların tələb və təkliflərinin təmin olunması məqsədilə 012-454-54-75 və 055-730-30-56 nömrəli “Qaynar xətt” xidməti təşkil olunmuşdur. Bundan başqa, Rayon İcra Başçısı tərəfindən 9 fevral 2016-cı il tarixli, 65 nömrəli “Xəzər RİH-in Apelyasiya Şurasının yaradılması haqqında” və 10 fevral 2016-cı il tarixli, 66 nömrəli “Xəzər RİH-in Apelyasiya Şurasının üzvlərinin və katibliyinin tərkibinin təsdiq edilməsi haqqında” sərəncamlar verilmişdir. Qərargahın və Apellyasiya Şurasının yaradılması barədə məlumat RİH-nin rəsmi internet saytında dərc olunmuşdur.