Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası yaradıldı

12 fevral 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2016-cı il tarixdə imzaladığı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrası ilə əlaqədar olaraq  Xəzər Rayon İcra Hakimiyyəti başçısının müvafiq  sərəncamı ilə Apellyasiya Şurası yaradıldı.
Sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxılması məqsədi ilə yaradılan Şuraya Xəzər Rayon İcra Hakimiyyəti başçısının  müavini Lalə Əhmədova  sədr təyin edildi.
Üzvlərinin sayı 6 nəfərdən ibarət olan şuranın tərkibinə Aparatın strukturuna aid olan şöbələrin rəhbər şəxsləri və Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbəsi üzrə nümayəndəsi daxil edilib, o cümlədən katibliyin rəhbəri və üzvləri müəyyənləşdirilib.
 

Keçidlər