2015-ci ilin yekunlarına dair Şüvəlan Qəsəbə nümayəndəliyində hesabat konfransı keçirilmişdir.
25 yanvar tarixində Şüvəlan Gənclər evinində Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və qəsəbə bələdiyyəsinin 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov, Şura üzvü Yaşar Novruzov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat yığıncağını giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov Ümumilikdə Xəzər rayonunda və onun qəsəbələrində görülən və görülməsi nəzərdə tutulan işlərdən söz açmışdır.
Daha sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mirzərauf Axundov və Şüvəlan Bələdiyyəsinin sədr müavini Seymur Xələfli 2015-ci il ərzində qəsəbədə görülən işlər barəsində geniş məruzə ilə çıxış etdilər.
Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar.
Yığıncaqda hər iki qurumun rəhbəri sakinləri maraqlandıran sualları cavablandırdı.
Hesabat yığıncağında Şüvəlan qəsəbəsinin ziyalıları, ağsaqqalları və əlli nəfər qəsəbə sakini iştirak edirdi.
Sonda Xəzər RİH Başçısının I müavini V.Həsənov ümumilikdə qəsəbədə görülmüş işləri qənaətbəxş hesab edərək bundan sonrakı illərdə də fəaliyyət sahəsində daha da məsuliyyətli olmağı, sakinlərlə işlərin düzgün qurulmasını bildirdi.