Xəzər rayonunun Mərdəkan qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilldi.
22 yanvar 2016-cı il tarixində Mərdəkan Mədəniyyət sarayında Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıd duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Millət Vəkili Rauf Əliyev rayon İcra hakimiyyəti Başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat yığıncağını giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyətinin Başçısı Gülağa İslamov ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda da bir sıra işlərin həyata keçirilməsini vurğuladı. Həmçinin bildirdi ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulmuşdur.
Bakı şəhərində müasir infrastrukturun yaradılması sahəsində aparılan çoxşaxəli işlər, hərtərəfli bərpa və yenidənqurma, yeni, müasir tikililər, gözoxşayan parklar və xiyabanlar, şəhərimizin arxitektura simasının günü-gündən gözəlləşməsi və müasirləşməsi burada yaşayan əhalinin mədəni-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Məhz bu nəhəng quruculuq işlərinin nəticəsidir ki, müasir Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən birinə çevirilmişdir. 2015-ci ildə Xəzər rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verərək qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq quruculuq işləri hal-hazırda davam etməkdədir.
Daha sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İ.Müqbilov hesabat məruzəsi ilə 2015-ci il ərzində qəsəbədə görülən işlər barəsində geniş çıxış etdi.
Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi aparılmışdır.
Sonda Xəzər RİH Başçısı G.İslamov qəsəbədə görülmüş işləri qənaətbəxş hesab edərək bundan sonrakı illərdə də fəaliyyət sahəsində daha da məsuliyyətli olmağı, sakinlərlə işlərin düzgün qurulması istiqamətində tədbirlərin davam etdirilməsini tapşırmışdır.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.