Xəzər rayonunun Buzovna qəsəbə ərazi dairəsi üzrə nümayəndəliyi 2015-ci ilin yekunlarını müzakirə etmişdir
19 yanvar 2016-cı il tarixində Buzovna qəsəbə nümayəndəliyinin inzibati binasında Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Buzovna qəsəbə bələdiyyəsinin 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, rayonun xidmət sahələrinin rəhbərləri, Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi B.Cəmilzadə, Buzovna qəsəbə Bələdiyyəsinin sədri M.Əliyev və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat yığıncağını giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyəti Başçısının I müavini Vaqif Həsənov Ümumilikdə Xəzər rayonunda və onun qəsəbələrində görülən və görülməsi nəzərdə tutulan işlərdən söz açmışdır.
Daha sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi B.Cəmilzadə və Buzovna Bələdiyyəsinin sədri M.Əliyev 2015-ci il ərzində qəsəbədə görülən işlər barəsində geniş məruzə ilə çıxış etdilər.
Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar.
Sonda Xəzər RİH Başçısının I müavini V.Həsənov qəsəbədə görülmüş işləri qənaətbəxş hesab edərək bundan sonrakı illərdə də fəaliyyət sahəsində daha da məsuliyyətli olmağı, sakinlərlə işlərin düzgün qurulması istiqamətində tədbirlərin davam etdirilməsini tapşırmışdır.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.