Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonun qəsəbələrində 20 Yanvar hadisələrinin 26-cı ildönümü ilə əlaqədar sil-silə tədbirlər keçirilmişdir.

19 yanvar 2016 | 16:00

    18 Yanvar 2016 – ci  il tarixdə  Xəzər  rayonun qəsəbələrində 20 Yanvar hadisələrinin  26-cı ildönümü ilə əlaqədar sil-silə tədbirlər keçirilmişdir.
    Tədbirlər planına əsasən, Binə Mədəniyyət Mərkəzində rəsm sərgisi təşkil olunmuşdur. Təşkil olunmuş sərgidə rəssamlıq dərnəyinin şagirdlərinin əl işləri nümayiş olunmuşdur. Hal-hazırda sərginin nümayişi davam etməkdədir.
  Şüvəlan Mədəniyyət evində Tədbirlər planına əsasən 20 Yanvar hadisələriylə bağlı tədbir keçirilmiş, Şəhidlər anılmışdır. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Aparatının İctimai – Siyasi  və Humanitar Məsələlər şöbəsinin Baş məsləhətçisi V.Vəliyulla , Şüvəlan Mədəniyyət evinin Direktoru S.Məmmədov, 7 sayli Şüvəlan kitabxanasını Baş kitabxanaçısı  S.Rəhimova, dərnək üzvləri  iştrak etmişlər. Tədbirdə məktəblilər tərəfindən şeirlər söylənmiş və əl işləri sərgiləmişdilər.
         Mərdəkan qəsəbəsində isə Nizami Mədəniyyət Mərkəzinin kollektivinin təşəbbüsü ilə Haci Zeynalabdin Tağıyev adına 123 saylı orta məktəbdə  20 Yanvar gününə həsr olunmuş “ At o qara örpəyi “ adlı tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai – Siyasi  və Humanitar Məsələlər şöbəsinin Baş məsləhətçisi V.Vəliyulla , Nizami Mədəniyyət mərkəzinin kollektivi və 123 saylı tam orta məktəbin müəllim və şagirdləri iştrak etmişdirlər. Tədbirdə əl işdərindən ibarət  sərgilər nümayiş olunmuş və şagirdlər tərəfindən şeirlər söylənilmişdir.


 

Keçidlər