Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin yekunlarına dair Zirə Qəsəbə nümayəndəliyində hesabat konfransı keçirilmişdir.

18 yanvar 2016 | 16:00

        18 yanvar tarixində Zirə bələdiyyəsinin inzibati binasında Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Zirə qəsəbə bələdiyyəsinin 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
           Hesabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi T.Əliyev, Zirə qəsəbə Bələdiyyəsinin sədri F.Məlikov və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat yığıncağını giriş  sözü ilə açan Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova Ümumilikdə Xəzər rayonunda və onun qəsəbələrində  görülən və görülməsi nəzərdə tutulan işlərdən söz açmışdır.
      Daha sonra Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi T.Əliyev və Zirə Bələdiyyəsinin sədri F.Məlikov 2015-ci il ərzində qəsəbədə görülən işlər barəsində geniş məruzə ilə çıxış etdilər.
Hesabat yığıncağında məruzəçilər çıxışlarında əhalini narahat edən məsələlərə də toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə ciddi fikir mübadiləsi apardılar.
Yığıncaqda hər iki qurumun rəhbəri sakinləri maraqlandıran sualları cavablandırdı.
Hesabat yığıncağında Zirə qəsəbəsinin ziyalıları, ağsaqqalları və əlli nəfər qəsəbə sakini iştirak edirdi.
     Sonda Xəzər RİH Başçısının müavini Lalə Əhmədova ümumilikdə qəsəbədə görülmüş işləri qənaətbəxş hesab edərək  bundan sonrakı illərdə də fəaliyyət sahəsində  daha da məsuliyyətli olmağı, sakinlərlə işlərin düzgün qurulması istiqamətində tədbirlərin davam etdirilməsini  tapşırmışdır.

 

Keçidlər