Xəzər rayonun Şağan qəsəbəsində 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir .
12 yanvar 2016-cı il tarixdə Xəzər rayonuun Şağan qəsəbəsində 2015-ci ilin yekunlarına dair hesabat yığıncaq keзirilmiєdir. Xəzər RİH Başçısının müavini Arif Balayev, Şura üzvü S.Abbasov, Şöbə müdiri Ə.Mirzəliyev, Şağan qəsəbə nümayəndəsi T.Səlimov, Şağan bələdiyyəsinin sədri N.Əliyeva, həmçinin ərazidə olan idarə, müəssisə və təşkilat rəhbərləri, həmcinin Şağan qəsəbə sakinlərinin, içtimaiyyətin müxtəlif təbəqələrini təmsil edən adamlar iclasda iştirak etmişlər.
Hesabat məruzəsi ilə çıxış edən qəsəbə nümayəndəsinin müavini Tərlan Dadaşov bildirmişdir ki, 2015-ci il ərzində RİH Başçısının təsdiq etdiyi iş planı bütün maddələr üzrə yerinə yetirilmişdir. İl ərzində qəsəbə ərazisindəki daxili yollara 18000 kv.m. asfalt salınmış, küçə və prospektlərdə 800-ə yaxın müxtəlif ağac, dekorativ kollar əkilmişdir.
Qəsəbədə təqribən 2000 kv.m. sahəsi olan və tikintisi 2015-ci ilin əvvəllərində başlamış Mədəniyyət Mərkəzinin inşası hal-hazırda davam etdirilir.
Qəsəbə ərazisində təqribən 3000 poqonmetrə yaxın qaz xətti təzələnmişdir. Qazmaçılar küçəsində yeni KTM quraşdırılmışdır.
İl ərzində Respublikamızda qeyd olunan bayramlarla əlaqədar Heydər Əliyev fondu, Xəzər RİH, həmçinin nümayəndəlik və bələdiyyə tərəfindən aztəminatlı ailələrə, əlillərə, şəhid ailələrinə, müharibə veteranlarına və Çernobıl iştirakçılarına ərzaq yardımları göstərilmişdir.