Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin yekunlarına dair Binə Qəsəbə nümayəndəliyində hesabat konfransı keçirilmişdir.

11 yanvar 2016 | 16:00

    11 yanvar  2016-ci il tarixində Xəzər rayonu Binə qəsəbəsində Binə qəsəbə nümayəndəliyinin 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
     Rayon İcra Hakimiyyəti Başçısının I müavini  V.Həsənov  konfransı açıq elan edərək, öz çıxışında ölkə rəhbərliyi tərəfindən  Xəzər rayonunun qəsəbələrində bir sıra iri layihələrin  həyata keçirildiyini qeyd etmiş, rayon ərazisində aparılan geniş abadlıq-quruculuq və yenidənqurma  işləri haqqında geniş məlumat vermişdir.
     155 nəfər Binə qəsəbə sakininin iştirakı ilə keçirilən və 2015-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağında  mühüm məsələlər müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
     Yığıncaqda   Xəzər rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi  üzrə nümayəndəsinin müavini   Zahirəli Hüseynov hesabat məruzəsi ilə çıxış etmiş və tədbir iştirakçılarına qəsəbə ərazisində görülmüş işlər barədə geniş məlumat vermişdir.
      Sonda Xəzər RİH-nin I müavini Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq qrumlara tapşıqlar vermiş , ümumilikdə görülmüş işləri qənaətbəxş hesab edərək  bundan sonrakı illərdə də fəaliyyət sahəsində  daha da məsuliyyətli olmağı, sakinlərlə işlərin düzgün qurulması istiqamətində tədbirlərin davam etdirilməsini  tapşırmışdır.

Keçidlər