2015-ci ilin yekunlarına dair Qala Qəsəbə nümayəndəliyində hesabat konfransı keçirilmişdir.
08 yanvar 2015-ci il tarixində Xəzər rayonu Qala qəsəbəsində 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının müavini A.Balayev konfransı açıq elan edərək, öz çıxışında ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun ətraf qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Xəzər rayonunda, həmçinin onun qəsəbələrində bir sıra işlərin həyata keçirildiyini qeyd etmiş, rayon ərazisində aparılan geniş abadlıq-quruculuq və yenidənqurma işləri haqqında geniş məlumat vermişdir.
100 nəfər Qala qəsəbə sakininin iştirakı ilə keçirilən və 2015-ci ilin yekunlarına həsr olunan tədbirdə mühüm məsələlər müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Başçısının Qala qəsəbəsi üzrə nümayəndəsi Məzahir Hüseynov və Qala bələdiyyəsinin sədr müavini Əkbər Kazımov hesabat məruzəsi ilə çıxış etmiş və tədbir iştirakçılarına qəsəbə ərazisində gedən işlər barədə məlumat vermişlər.
A.Balayev sonda 2015-ci ilin yekunlarına dair hesabatları qənaətbəxş hesab etmiş, bundan sonrakı fəaliyyətlərində daha da məsuliyyətli olmağı, yerli sakinlərlə işlərin düzgün qurulması istiqamətində bir sıra tapşırıq və tövsiyyələrini bildirmişdir.