Şriftin ölçüsü :

Saytın rəngi :

Türkan Mədəniyyət Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və “ Qış nağılı” adlı Yeni il şənliyi keçirilmişdir .

25 dekabr 2015 | 16:00

      25 dekabr 2015-ci il  tarixdə Xəzər ran İcra Hakimiyyətinin təşkilatçılığı ilə Türkan   Mədəniyyət  Mərkəzində 31dekabr  Dünya  Azərbaycanlılarının  Həmrəylik  günü  və  Yeni  il münasibəti  ilə  təşkil  edilmiş “Qış Nağılı” adlı şənlik  keçirilmişdir.     
     Təşkil olunmuş bayram   şənliyi uşaqlarda xoş əhval-ruhiyyə yaratmış, onlara əsl bayram ovqatı bəxş etmişdir. Üç  saata yaxın davam edən şənlikdə bayram ab-havası balacalarda əyləncəli anlar yaşatmışdır.
    Bayram şənliyində  həmçinin, şaxta baba, qar qız, digər nağıl qəhramanları  və məşhur personajların iştirakı ilə tamaşalar təqdim olunmuşdur.
    Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən şənlikdə Xəzər rayon İcra Hakimiyyətinin, Türkan Mədəniyyət  Mərkəzinin əməkdaşları,  bələdiyyə  və  qəsəbə nümayəndəliyi  iştirak  etmişdilər.
     Sonda uşaqlara müxtəlif bayram hədiyyələri verilmişdir.
     Tədbirdə 530  nəfər iştirak etdi.

 

 

 

Keçidlər