Xəzər rayonunun qəsəəlrində abadlıq-quruculuq işləri davam etdirilir.
13.12.2015-ci il tarixdə Xəzər rayonunun Türkan qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi yolda qəsəbənin giriş qapısı və ümumi sahəsi 4 km olan yolda gecə işıqlarının quraşdırılmadan sonra açılış mərasimi olmuşdur.
Açılış mərasimində Xəzər rayon İcra hakmiyyətinin başçısının müavinləri Vaqif Həsənov, Arif Balayev, aparatının şöbə müdirləri , Həydər Əliyev Fondunun nümayəndələri, qəsəbə ağsaqqaları, Türkan qəsəbə nümayəndəliyi və Türkan Bələdiyyəsi iştirak etmişdir.
Açılışda çıxış edən Xəzər rayon İcara Hakimiyyəti başçısının I müavini V.Həsənov bildirmişdir ki , Xəzər rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri təkcə rayon mərkəzini deyil, ayrı-ayrı qəsəbələri, yaşayış məntəqələrini də əhatə edir.
Surətlə abadlaşan, müasirləşən belə qəsəbələrdən biri də Türkan qəsəbəsidir. Qəsəbə son illərdə görkəmini əsaslı surətdə dəyişib, burada uzun illərdən bəri yığılıb qalmış problemlərin həlli istiqamətində ciddi işlər görülüb. Bir çox məhəllədaxili yollar asfaltlanıb, yol kənarları abadlaşdırılıb. Qəsəbədə fəaliyyət göstərən məktəb, uşaq bağçaları, mədəniyyət evi Heydər Fondu tərəfindən əsaslı şəkildə təmir edilib. Əhalinin istirahəti üçün parklar salınıb, qəsəbədə su probleminin aradan qaldırılması istiqamətində də tədbirlər görülmüşdür. Qəsəbədə həmçinin, elektrik naqilləri yenisi ilə əvəz olunub, yeni qaz və su xətləri çəkilmişdir.
Açılış mərasimində çıxış edən qəsəbə sakinləri və ağsaqqalları ümummilikdə son illər Türkan qəsəbəsində gedən abadlıq-quruculuq işlərindən danışaraq ölkə Prezidenti cənab İlham Əliyevə və Millət Vəkili Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirmişdilər.