Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Xəzər rayon Rus İcması üzvlərinin iştirakı ilə tədbiri keçirilmişdir .
12.12.2015-ci il tarixdən Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Şüvəlan qəsəbəsindəki, Gənclər evində Xəzər rayon Rus İcmasının üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir .
Tədbirdə Xəzər rayon icra Hakmiyyətinin İctimai Siyasi və Humanitar məsələlərlə iş şöbəsinin baş məsləhətçisi Anar Nəsirov , Rayon Gənclər və idman İdarəsinin rəisi Vüqar Əliyev Rus İcmasının Xəzər rayon şöbəsinin sədri Lyubov Koroteyeva və Rus icmasının üzvləri iştirak etmişdir . Tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad olunmuş, onun Azərbaycanda yaşayan rus xalqının nümayəndələrinə göstərdiyi qayğıdan söhbətlər aparılmış və onun əziz xatirəsi azərbaycanda yaşayan rus xalqının qəlbində daima yaşayacağı vurğulanmışdır.