Şriftin ölçüsü :

Saytın rəngi :

“23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü” qeyd edilib

22 iyun 2024 | 10:48

21 iyun 2024-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib.Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov tədbirdə çıxış edərək dövlət qulluqçularını təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayaraq, respublikamızda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlardan, qazanılan uğurlardan danışıb. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı proseslərində Ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladan E.Qurbanov bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlarda məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis olunmuş dövlət qulluqçularının peşə bayramı günü ölkə rəhbərinin dövlət qulluqçularına qayğı və diqqətinin, onların şərəfli və çətin əməyinə verdiyi qiymətin yüksək təzahürü olduğunu vurğulayıb.
Eyni zamanda cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş "Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu"nun dövlət qulluqçularının səmərəli fəaliyyəti üçün geniş imkanlar açdığını qeyd edən E.Qurbanov Xəzər rayonunda çalışan dövlət qulluqçularının da sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində dövlət siyasətinin uğurla həyata keçirilməsində səylə çalışdıqlarını diqqətə çatdırıb.
Sonda bir qrup dövlət qulluqçusu dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Xəzər Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olunub.

Keçidlər