Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Bəxtiyar Vahabzadənin 90 illik yubleyinə həsr olunmuş tədbir keçirilmişdir .

11 dekabr 2015 | 16:00

   11.12.2015-ci il  saat 12  00 -da  Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 183 saylı tam orta məktəbdə Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir kecirilmişdir.Tədbirdə Xəzər rayon İcra Hakimiyyəti Aparatının  İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin  baş məsləhətçisi Ofeliya Məmmədzadə,Bakı Baş Təhsil İdarəsinin inspektoru Adil Əliyev,Bakı Baş Təhsil İdarəsinin metodisti Uğurlu Məmmədov ,Mərdəkan qəsəbə nümayəndəliyinin sədri İlqar Müqbilov,Mərdəkan Bələdiyyəsinin sədri  Mirbaba  Hüseynov iştirak etmişdir.Yubiley münasibətilə məktəb şagirdləri  Bəxtiyar Vahabzadə yaradıcılığından  şeirlər səsləndirmiş,poemalardan səhnəciklər hazırlamış,şairin yazdığı şeirlərə bəstələnmiş mahnılar ifa etmişlər .

Keçidlər