Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Xəzər rayonunda ehtiramla anildi.
11 dekabr 2015-ci il tarixdə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Şüvəlan qsəbəsindəki “Cümə” məscidində Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılmışdır.
Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, millət vəkilləri Rauf Əliyev, Xəzər İnkişaf Fondunun sədri Elmar Mədətov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, gənclər və rayon ağsaqqalları iştirak etmişdilər.
Tədbirdə çıxış edən natiqlər Ulu Öndərin Azərbaycan qarşısında şərəfli missiyasını layiqincə yerinə yetirən lider kimi səciyyələndirərək, bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyi, zamanın çətin sınaqları ilə üzləşən Azərbaycan xalqını parçalanmaqdan, xaosdan xilas edib inkişaf mərhələsinə çatdıran Ümummilli Lider Heydər Əliyevi Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi xarakterizə etmişlər.
Çıxışlarda həmçinin Azərbaycanın bugünkü inkişafı, regionun lider dövlətinə çevrilməsi və dünyada öz mövqeyi ilə seçilməsi Ulu Öndərin Azərbaycan qarşısında daha böyük bir xidmətindən danışmağa əsas verir. Bu xidmət Ulu Öndərin uzaqgörənliyi, xarizmatikliyi və digər liderlik keyfiyyətləri ilə seçilən və ən əsası özü qədər inandığı cənab İlham Əliyevi Azərbaycana bəxş etməsi vurğulanmışdır.
Sonda Ulu Öndərin əziz xatirəsinə quran tapşırılmıdır.