“3 - Dekabr Əlillər günü” münasibəti ilə Xəzər rayonunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində tədbir keçirilmişdir.
03.12.2015 – ci il tarixdə “3 - Dekabr Əlillər günü” münasibəti ilə Xəzər rayonunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində tədbir keçirilmişdir.
Tədbir “ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Sağlam Ailə Tibb Mərkəzinin dəstəyi, Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərə Xidmət İdarəsinin və Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə baş tutmuşdur. Tədbirdə “Sənədsiz məktəbli qalmasın” adlı sosial aksiyası çərçivəsində Xəzər rayonu 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin 78 şagirdinə şəxsiyyət vəsiqələri verilmişdir.
Məqsəd sağlamlıq imkanları məhdud uşaqların “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.
Tədbir zamanı həmçinin əlil uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir.