Xəzər rayonunun Gənclər evində 3 dekabr "Əllilər günü”nün qeyd edilmişdir.
02 dekabr 2015- ci il tarixdə Xəzər rayon Gənclər və İdman idarəsi Gənclər evində Xəzər rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş idarəsi və Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə ” 3 Dekabr – Əllilər günü”nün qeyd edilməsi və sosial müdafiəyə ehtiyacı olan uşaqlara diqqət və qayğının artırılması məqsədilə sağlamlıq imkanları məhdud olan uşaqların rəsm və əl işlərindən ibarət sərgi təşkil etmişdir.
Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Nəsirov , Bakı şəhər Gənclər və İdman Baş idarəsinin əməkdaşları Zamin Əhmədov,Samir Kazımov,Ailə Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sevinc Qurbanova , Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev ,Ailə,Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin regional şöbəsinin Baş məsləhətçiləri Məftunə İsmayılova iştirak etmişlər.
Sərgidə iştirak edən uşaqlara diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.