Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon İcra Hakimiyyətində rayon Ağsaqqaları və Din xadimləri ilə görüş keçirilmişdir .

30 noyabr 2015 | 16:00

     30 noyabr 2015 –c il tarixdə Xəzər rayon icra hakimiyyətində rayon Ağsaqqaları və din xadimləri ilə görüş keçirilmişdir . Görüşü Xəzər rayon icra Hakimiyyətinin Başçısı Gülağa İslamov  açaraq bildirmişdir ki son günlər Nardaran qəsəbəsində  bir qrup təxribatçı tərəfindən ölkəmizdə sabitliyi pozmaq məqsədilə İslam dininin humanist dəyərlərinə zidd olaraq iğtişaş törədərək hüquq-mühafizə orqanlarının işçilərinə qarşı silahdan istifadə etmiş, nəticədə günahsız vətəndaşlarımız həlak olmuşdur. Daha sonra ixtişaşlar nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir .26.11.2015-ci il tarixdə    Nardaran qəsəbəsində Taleh Bağırzadə və himayədarları tərəfindən törədilmiş cinayət əməlləri ağsaqqallar və din xadimləri tərəfindən pislənmiş, baş vermiş hadisəyə hüquq mühafizə orqanları tərəfindən lazımı qiymət verilməsi, cinayət əməli törədənlərin məsuliyyətə cəlb edilməsi tələb olunmuşdur .

Keçidlər