Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında partiyanın yaradılmasının 23-cü ildönümü təntənəli şəkildə qeyd edilib
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında partiyanın yaranmasının 23-cü ildönümününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, eləcə də partiya fəalları, gənclər iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə rayon təşkilatının inzibati binasında Ulu Öndərin büstü önünə gül dəstələri düzblər, daha sonra Dahi Liderin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açıq elan edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilk növbədə öz xalqının, ölkənin müqəddəratını həll etmək üçün bütün gücünü, iradəsini ortaya qoymuşdu. Namiq Əhmədov qeyd edib ki, tarixi zərurətdən və xalqımızın sosial sifarişi əsasında yaradılan Yeni Azərbaycan Partiyası məhz Azərbaycanın daxili və xarici qüvvələrdən təmizlənməsində öncüllük təşkil edən yeganə siyasi güc idi: “Ulu Öndər Heydər Əliyev ölkəmizin, xalqımızın düşdüyü çətin böhrandan çıxarmaq üçün partiyanı yaratmağa nail oldu. Ölkədə çoxpartiyalılıq sisteminə yeniliklər gətirən YAP qısa müddət ərzində xalqın böuyük rəğbətini qazandı. Əəbəs yerə deyil ki, təsis edildiyi vaxt müxalifət partiyası olmasına rəğmən, qısa zaman kəsimində iqtidara gələn YAP böyük xalq tərəfindən görünməmiş dəstək qazandı. Bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kursu uğurla davam etdirərək, yeni-yeni nailiyyətlərə, uğurlara imza atmaqla, Azərbaycanı beynəlxalq aləmdə lider dövlətlər sırasına çıxarıb. Xalqımız bu uğurları görür və partiyamızın, cənab İlham Əliyev siyasətinin ətrafında mütəşəkkilliklə birləşir”.
Sonra çıxış edən gənclər Sərxan Rəfixanov,Vüsalə Əlizadə partiyanın yürütdüyü uğurlu gənclər siyasətindən danışıblar. Onlar qeyd ediblər ki, hər bir azərbaycanlı gənc Ulu Öndər Heydər Əliyev irsini öyrənməli, gələcək fəaliyyətində ölkəmizin inkişaf və tərəqqisi üçün öyrəndiklərini əməli şəkildə tədbiq etməlidir: “Azərbaycan gəncliyinin böyük kəsimi Yeni Azərbaycan Partiyasının ətrafında birləşərək, ölkənin tərəqqisi naminə əzmlə, yorulmadan çalışır, Ulu Öndərin ideyalarının yaşadılması naminə uğurlu fəaliyyətini göstərir. O cümlədən, gənc nəslin hər bir nümayəndəsi Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətə dəstək verərək, məhz bu siyasət ətrafında birləşib Azərbaycanın daha xoşbəxt gələcəyinə öz imzasını atır. Çünki gənclər öz uğurlu gələcəyini məhz Yeni Azərbaycan Partiyasının sıralarında olmaqla görməkdədir”.
Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov da öz çıxışında bildirib ki, YAP təsis olunmamışdan öncə, Azərbaycanın tanınmış ziyalıları Naxçıvanda fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyevə ölkənin çətin vəziyyətdən çıxarılması üçün müraciət etdilər və O da öz növbəsində həmin müraciətə tarixi cavab verdi: “Nəticədə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu və bu gün YAP nəninki ölkəmizdə, o cümlədən Qafqaz regionunda ən güclü siyasi təşkilata çevrilib”.
Çıxış edən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov vurğulayıb ki, tarixi zərurətdən yaranan YAP yarandığı vaxt bir çox təqiblərə, təzyiqlərə məruz qalırdı: “Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqının iradəsindən güc alan Ulu Öndər Heydər Əliyev qətiyyəti, midrikliyi və uzaqgörənliyi ilə partiyanın yaranmasına nail oldu. 1992-ci il oktyabrın 24-də Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə cavab verərək YAP-ın yaranmasına və ona rəhbərlik etməyə razılığını bildirdi. Bununla da Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. YAP yarandığı gündən çox qısa müddət sonra Azərbaycanda hakim partiyaya çevrildi və o zamandan da məhz Azərbaycan xalqının rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb. Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiyamız ötən 23 ildə çətin və şərəfli yol keçib. Hər bir cəmiyyətin, dövlətin, eləcə də siyasi partiyanın gələcəyinin möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Gələcəyinin əzəmətli olması üçün burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir”.
“YAP-ın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün Onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir”-deyə qeyd edən YAP İcra katibinin müavini eyni zamanda bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın Avropada və o cümlədən, bütün dünyada tanınmasına nail olub: “Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının 23 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq, bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək”.
YAP İcra katibinin müavini, Dini qurumlarla iş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı da öz növbəsində vurğulayıb ki, Yeni Azərbaycan Partiyası artıq öz fəaliyyəti ilə sübut edib ki, o nəinki dünən və bügünün, eləcə də gələcəyin nəhəng siyasi təşkilatıdır. Belə ki, partiyanın hazırda həyata keçirdiyi çoxsaylı layihələri, ölkənin avanqard siyasi qüvvəsi kimi ictimai-siyasi proseslərdə oynadığı rolu, ölkəmizin inkişafına mühüm töhfələri də məhz bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır: “1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətimizin tarixində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri olub. Bu partiya sağlam düşüncəli, sağlam fikirli insanları öz ətrafında birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həllində iştirak etmək, öz xidmətlərini göstərmək məqsədilə yarandı. Azərbaycan bu gün partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Yeni Azərbaycan Partiyası isə bu inkişafın önündə lokomotiv kimi çıxış edir, xalqa sədaqətlə xidmət edir.
Tədbirin sonunda partiyanın ictimai-siyasi həyatında göstərdikləri fəaliyyətlərinə görə partiya fəallarına və gənclərə fəxri diplomlar təqdim olunub.