Xəzər rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyalarının növbəti iclası keçirilmişdir.
20 noyabr 2015 | 16:00
20 noyabr 2015-ci il tarixdə rayon Gənclər Evində Xəzər rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyalarının növbəti iclası keçirilmişdir.
İclas komissiyanın sədri, rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayevin rəhbərliyi ilə keçirilmişdir. Komissiyaların iclasında rayon məhkəməsindən daxil olan mülkü işlər və eyni zamanda rayon sakinlərinin müraciətləri araşdırılmış və komissiya tərəfindən müvafiq qərar və rəylər verilmişdir.